Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neftin qiymətlərində dəyişiklik var

© AP Photo / Hussein MallaНефтяная вышка в Сирии, фото из архива
Нефтяная вышка в Сирии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirus pandemiyası fonunda bazarda tələbatın azalması və OPEC+ razılaşmasının dayanması səbəbindən neft kotirovkaları martın əvvəlindən etibarən demək olar ki, iki dəfə azalıb.

BAKI, 2 aprel — Sputnik. "Brent" markalı neftin qiyməti bu gün artıb. Sputnik Azərbaycan xəbər verir ki, Bakı vaxtı ilə saat 11:29-da "Brent" neftinin iyun fyuçerslərinin qiyməti bir barelə 27,38 dollara yüksəlib.

Bu arada "WTI" neftinin may fyuçerslərinin qiyməti bir barelə görə 22,21 dollara qalxıb.

Koronavirus pandemiyası fonunda bazarda tələbatın azalması və OPEC+ razılaşmasının dayanması səbəbindən neft kotirovkaları martın əvvəlindən etibarən demək olar ki, iki dəfə azalıb. Martın 6-da alyansa üzv olan ölkələr sövdələşmənin parametrlərinin dəyişdirilməsi barədə razılığa gəlməyiblər. Sazişi uzatmaq da mümkün olmayıb.

Rusiya mövcud şərtlərin qorunub saxlanılmasında israr edib, Səudiyyə Ərəbistanı isə hasilatı əlavə olaraq azaltmaq niyyətində olub. Nəticədə, aprelin 1-dən etibarən alyans ölkələrində neft hasilatına qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

OPEC+ danışıqlarının uğursuzluğundan sonra mediada hasilatçıların qiymət müharibəsinə başlayacağı barədə məlumatlar yayılıb. Eyni zamanda, Səudiyyə Ərəbistanı tədarükü sutkada 12,3 milyon barrelə qədər artıracağını bəyan edib ki, bu da onun istehsal gücündən sutkada 300 min barel çoxdur.

Xəbər lenti
0