16:44 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
17 0 0

Hesablamalara görə, bu ilin yanvar-mart aylarında ARDNF tərəfindən 2 771,9 mln. dollar məbləğində vəsait satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 78,6% çoxdur.

BAKI, 1 aprel — Sputnik. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən cari ilin mart ayında satılan vəsaitin həcmi açıqlanıb.

Fonddan Sputnik Azərbaycan-a verilən məlumata görə, 2020-ci ilin mart ayı ərzində ARDNF tərəfindən 1 928,3 mln. ABŞ dolları məbləğində vəsait satılıb. Bu, cari ilin fevral ayı ilə müqayisədə 3,5 dəfə, ötən ilin mart ayı ilə müqayisədə 3,2 dəfə çoxdur.

Hesablamalara görə, bu ilin yanvar-mart aylarında ARDNF tərəfindən 2 771,9 mln. dollar məbləğində vəsait satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 78,6% çoxdur.

Əsas mövzular