Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Strateji planlaşdırma qaçılmaz reallığa çevrilib – İkili yanaşma yaxşı heç nə verməyəcək

© AFP 2023 / JOHN MACDOUGALLЧиновник, фото из архива
Чиновник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Strateji planlaşdırma haqqında" qanun qəbul olunmalıdır və qanunda ölkənin sosial-iqtisadi inkişafının ərazi və məkan üzrə planlaşdırılması barədə konkret müddəalar və istiqamətlər öz əksini tapmalıdır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 2 mart — Sputnik. 2019-cu ilin sonuna Azərbaycanda ayrı-ayrı şəhər və rayonlara verilən kreditlərin məbləği məlum olub. Fed.az-ın məlumatına görə, gözlənildiyi kimi, ölkədə ən çox kredit Bakı şəhərində verilir - 11,9 milyard manat və ya ölkədəki bütün kreditlərin 80%-dən çoxu. Sumqayıt, Abşeron və Xırdalanı da əlavə edəndə ölkə banklarının ayırdığı kreditlərin 84%-i Abşeron yarımadasının payına düşür. Ən az kredit isə köçkün rayonlar, Naxçıvan Muxtar Respublikasının rayonları, eləcə də Xızı ilə Qobustan rayonlarına verilib. 

Beynəlxalq Bankın Mətbuat filialı qarşısında növbə - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Kredit “canavarı” geri qayıdır – Başımızın üzərində yenə qara buludlar sıxlaşır

Ən çox kreditin Bakı şəhərində verilməsi ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyib ki, bu, bank sektorundakı problemlərin bariz göstəricilərindən biridir: "Uzun müddətli biznes kreditlərinin çox aşağı səviyyədə olması və yüksək faizlərlə verilməsi faktiki olaraq regional inkişafı və bütövlüdə iqtisadiyyatın dayanıqlı inkişafını bloklayır. Buna görə də ilk növbədə strateji planlaşdırmaya söykənən formatda iqtisadiyyatın inkişafına çox ciddi tələbat yaranıb. Çünki strateji planlaşdırma olmadığı halda, tam şəkildə bazarın öz diktə etdiyi şərtlərə uyğun iqtisadi idarəetmə təşkil ediləndə belə problemlər yaranır. Bu, faktiki olaraq ölkə iqtisadiyyatının tarazlığı ilə bağlı olan ciddi problemdir".

O bildirib ki, ölkədə regional planlaşdırma olmadan iqtisadiyyatda tarazlı inkişaf ola bilməz: "Əgər kreditləşmə bir bölgədə fokuslaşırsa, onda faktiki olaraq bu, o deməkdir ki, ölkə iqtisadiyyatının tarazlı inkişafına maneçilik yaradılıb. Bu, bank sektoru üçün çox ciddi siqnaldır. "Mərkəzi Bank haqqında" qanuna dəyişikliklər edilməli, eyni zamanda "Strateji planlaşdırma haqqında" qanun qəbul olunmalıdır. "Strateji planlaşdırma haqqında" qanunda da ölkənin sosial-iqtisadi inkişafının ərazi və məkan üzrə planlaşdırılması barədə konkret müddəalar və istiqamətlər öz əksini tapmalıdır. Əgər bu, olmasa, bu sahədə ciddi dəyişikliklərə nail olmaq mümkün olmayacaq".

"Mütləq şəkildə kreditləşmə hər bir bölgədə, hər bir iqtisadi sahədə mövcud olan rentabellik göstəricilərindən daha aşağı səviyyədə olmalıdır ki, real sektora bir faydası olsun", – deyə o qeyd edib.

Professorun fikrincə, ölkədə yeni kredit-investisiya institutlarının yaradılması məqsədəuyğundur: "Çünki bu gün banklar müxtəlif səbəblərdən bu işi öz üzərinə götürmür. Kredit-investisiya fondları yaradılmalıdır ki, onlar birbaşa Mərkəzi Bank tərəfindən yumşaq şərtlərlə 1-3 faizlə kreditlər götürüb real sektora, o cümlədən bölgələrə istiqamətləndirsin. Bütün bu işlərin görülməsi zəruridir, əks halda, iqtisadiyyatın tarazlı inkişafından danışmaq olmaz".

Ключи от дома, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kirayə mənzillərin satışında kredit tarixçəsi baryeri – Qurunun oduna yaş da yanır

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, bunun səbəbi regionlarda iqtisadi aktivliyin aşağı olmasıdır: "Buna görə bankları da qınamaq olmur. Bank da deyir ki, orada kreditin qayıtmamaq ehtimalı daha çoxdur. Regionlarda həmçinin iri kreditlər də vermək olmur. Bu məsələdə əsas yük yerli icra hakimiyyətlərinin üzərindədir, bankların rolu ikinci dərəcəlidir".

Qeyd edək ki, 2019-cu ilin dekabr ayına ölkədə fəaliyyət göstərən bankların regionlar üzrə kredit qoyuluşunun həcmi 14,901 mlrd. manat təşkil edib. 2018-ci ilin sonunda isə bu rəqəm 13,020 mlrd. manat olub. Beləliklə, 2019-cu ildə bankların regionlar üzrə kredit qoyuluşu 14,4 faiz artıb.

Nə toyuq, nə balıq - Qırmızı ətə alternativ yetişdirənlərə kredit vermirlər

Onu da bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyev "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib ki, rayon və kənd yerlərində təklif olunan girov əmlaklar bir çox hallarda banklar tərəfindən girov kimi qəbul edilmir: "Onlar Bakıda girov əmlak istəyirlər. Buna son qoyulmalıdır. Burada heç bir ayrı-seçkiliyə yol vermək olmaz. Ona görə aidiyyəti qurumlar bu məsələ ilə də ciddi məşğul olsunlar".

Xəbər lenti
0