CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın sitrus vadisi braziliyalıları valeh etdi - FOTO

© Sputnik / Rahim Muradov“Sitrus vadisi” aqroturu
“Sitrus vadisi” aqroturu  - Sputnik Azərbaycan
Abunə olmaq
"Layihə fermer təsərrüfatı sahiblərinə təkcə məhsuldar dövrdə deyil, eləcə də qeyri-məhsuldar dövrdə əlavə gəlir qazanmaq imkanı verir"

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 16 dekabr — Sputnik. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə təşkilatçılığı ilə “Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Sitrus vadisi” aqroturu təşkil olunub.

Sputnik Azərbaycan bildirir ki, Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən “Citrus Valley” fermer təsərrüfatına təşkil olunan aqroturda Azərbaycanda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər şəxsləri, beynəlxalq təşkilatların, müvafiq dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.

Aqroturun əsas məqsədi ölkəmizdə həyata keçirilən ilk aqroekoturizm layihəsi olan “Şəhərdən Kəndə” barədə xarici və yerli qonaqlara ətraflı məlumat vermək, onları yerli fermer təsərrüfatlarından biri ilə tanış etmək, eyni zamanda Lənkəran və Azərbaycanın digər regionlarında aqroekoturizmin inkişafına dəstək göstərmək olub.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Möhübbət Babayev Lənkəran rayonunda aqrar sahədəki inkişafdan bəhs edib. Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov isə çıxışında ölkədə aqrar sahədə islahatların aparıldığını bildirib.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) missiya direktoru Cey Sinqx çıxışında aqroturizmin aqrobiznesin ən maraqlı sahələrindən biri olduğunu qeyd edib. “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova isə aqroturizm üçün ölkəmizdə hər cür şəraitin olduğunu vurğulayıb.

© Sputnik / Rahim Muradov
“Sitrus vadisi” aqroturu  - Sputnik Azərbaycan
1/3
© Sputnik / Rahim Muradov
“Sitrus vadisi” aqroturu  - Sputnik Azərbaycan
2/3
© Sputnik / Rahim Muradov
“Sitrus vadisi” aqroturu  - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsi kiçik və orta fermer təsərrüfatlarını dəstəkləmək məqsədilə həyata keçirilir. Layihə fermer təsərrüfatı sahiblərinə təkcə məhsuldar dövrdə deyil, eləcə də qeyri-məhsuldar dövrdə əlavə gəlir qazanmaq imkanı verir. Layihə çərçivəsində mütəmadi olaraq hər həftəsonu Azərbaycanın müxtəlif regionlarında yerləşən təsərrüfatlara aqroekoturlar təşkil olunur.

“Sitrus vadisi” təsərrüfatının sahibi Rəftarə Şükürovanın Sputnik Azərbaycan-a bildirdiyinə əsasən, sahibi olduğu təsərrüfat artıq 2 aydır ki, “Şəhərdən kəndə” layihəsi ilə əməkdaşlıq edir: “Bu günə kimi 8 tur baş tutub. Bu turda xarici turistlər, Bakı məktəbliləri və yerli əhalidən də iştirak edənlər olub. “Şəhərdən kəndə” layihəsi bir növ şəhər əhalisinin kənd həyatı ilə tanışlığı, ekoturizmi və qastroturizmi inkişaf etdirmək məqsədi daşıyır. Bu bir növ turizm mövsümünün bağlı olduğu vaxtlarda fermerlər üçün gəlir mənbəyidir. Çünki iki ay meyvə yığımından sonra təsərrüfatlarda işlər yekunlaşır. Bundan sonra nəzərdə tutulur ki, gəlir mənbəyi kimi xarici turistləri qarşılamaq və öz yerli mətbəximizi onlara təqdim etməklə həm Lənkəran mətbəxini, həm də tam təbii məhsullardan hazırlanan yeməkləri təqdim edək".

Özbəkistan Respublikasının Buxara vilayətinin nümayəndə heyətinin Lənkərana dostluq səfəri başlayıb - Sputnik Azərbaycan
CƏMİYYƏT
Buxaralı qonaqlar cənubluların qəlbini Azərbaycan mahnısıyla fəth elədilər - VİDEO - FOTO

Braziliya Federativ Respublikasının Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzun Sputnik Azərbaycan-a bildirdiyinə əsasən isə o, əsas diqqəti kənd təsərrüfatı sahəsində əməkdaşlığın qurulmasına yönəldib:

“Bizim və digər səfirliyin nümayəndələrinə Lənkərana səfər etmək üçün şərait yaradılmasında əməyi keçən hər bir kəsə minnətdarlıq edirəm. Təbii ki, hər hansı bir yer haqqında eşitməklə gəlib görmək arasında böyük fərq var. Ona görə də gələcəkdə əlaqələrin qurulması, planların hazırlanıb həyata keçirilməsi baxımından mənim üçün bu səfər böyük bir əhəmiyyət kəsb etdi. Mənə elə gəlir ki, bu bölgənin iqlimi bizim ölkənin iqlimi ilə eyni olduğu üçün kənd təsərrüfatı sahəsində müvafiq əməkdaşlığın qurulmasında mühüm rol oynaya bilər. Məlum olduğu kimi, Braziliyada istehsal daha yüksəkdir, eləcə də Azərbaycanda. Amma görürəm ki, Azərbaycanda ekoloji təmiz məhsulların istehsalına daha çox yer verilir. Ümumiyyətlə, bizdə də ekoloji cəhətdən təmiz məhsullar yetişdirilir və mən düşünürəm ki, məhz bu baxımdan hər iki ölkə arasında qarşılıqlı əlaqələrin qurulması mümkündür”.

Xəbər lenti
0