04:08 24 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
3510

"İstehlak olunan qazın bir qismi Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən səmt qazı kimi pulsuz verilir. Bu isə hər il təxminən 2.5 milyard kub metrədək qazın ölkəmizə pulsuz verilməsi deməkdir"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 12 dekabr — Sputnik. Gürcüstanda dağlıq ərazi statusu alan kəndlərdə yaşayan əhaliyə dekabrın 1-dən mayın 15-dək hər ay 700 kub təbii qaz pulsuz veriləcək.

 Bununla da hər ev təsərrüfatı təxminən 4000 kub qazı pulsuz ala biləcək. Belə bir addımın atılmasında məqsəd həm kəndlilərin şəraitini yaxşılaşdırmaq, həm də məhsuldarlığı artırmaq və kənd təsərrüfatı məhsullarının bazarlarda satış qiymətini azaltmaqdır.

Maraqlıdır, Gürcüstan təcrübəsindən yararlanaraq Azərbaycanda da belə bir addım atmaq olarmı?

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında belə bir təcrübənin reallaşmasının mümkünlüyündən danışıb: "Kənd təsərrüfatında istixanalarda yetişən məhsulların maya dəyərinin yüksək olmasında qazın qiymətinin böyük rolu var. Hökumət tərəfindən aqrar sahə prioritet elan olunduğu üçün kənd təsərrüfatı sahəsində istifadə olunan qaza görə xüsusi kampaniya, endirimin olması çox vacibdir.

Bununla həm məhsuldarlığı, həm də aqrar sahədə çalışan fermerlərin sayını artırmaq olar. Belə bir addımın atılması həm də məhsulun bazara daha aşağı qiymətlə çıxmasına səbəb ola bilər. Eyni zamanda da xarici bazarlarda məhsullarımızın rəqabətlilik qabiliyyətini artıra bilər.

Çünki maya dəyəri aşağı düşdükcə, xarici bazarda məhsulumuza tələb artacaq. Düşünürəm ki, bu istiqamətlərdə xüsusi bir proqramın qəbuluna ehtiyac var və ölkəmizin daxili potensialı da buna imkan verir". 

"Heç kəsə sirr deyil ki, mavi yanacağın qiyməti yüksək olduğu üçün ucqar rayonlarda yaşayan vətəndaşlar odundan daha çox istifadə etməyə üstünlük verirlər. Bu da ekoloji problemlərin yaranmasına, meşələrin qırılmasına səbəb olur. Ona görə də ucqar dağ rayonlarında da həmçinin bənzər addımların atılmasına gərək var. Çünki Azərbaycan özü qaz istehsalçısıdır, istehlak olunan qazın bir qismi Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən səmt qazı kimi pulsuz verilir. Bu isə hər il təxminən 2.5 milyard kub metrədək qazın ölkəmizə pulsuz verilməsi deməkdir. Düşünürəm ki, elə pulsuz verilən bu qazın əkinçiliklə məşğul olan kəndlilərlə yanaşı, ucqar yerlərdə yaşayan əhaliyə verilməsi üçün proqramın qəbuluna ehtiyac var", - deyə o əlavə edib.

Əlaqədar

Bölgəmizdəki zavod qonşu ölkələrə məhsul ixrac edəcək
Bu kənddə zaman çox namünasib vaxtda donub - FOTO
Cənnətin zindan olduğu məkan: Qış gəlib, qar yağıb, amma dərdə əlac tapılmayıb
Əhalinin istehlak etdiyi qazın həcmi rekorda çatıb
Köhnə təsərrüfatın odunda donan yüz ailə - ətrafdakılar xan kefində...

Əsas mövzular