Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qəpik-quruşunuzu da, milyonunuzu da itirə bilərsiniz – Bank kartı təhlükəsi yaşanır

© pixabay / rupixenОнлайн покупка, фото из архива
Онлайн покупка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Fırıldaqçılar saxta saytlar və virus yerləşdirilmiş fayllar vasitəsilə sizin məlumatlarınızı ələ keçirirlər, bir az diqqətli olmaq lazımdır

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 9 dekabr — Sputnik. Rusiyanın “Kaspersky” şəbəkə təhlükəsizlik şirkəti bank kart məlumatlarına təhlükə yaradan kampaniyanın faəllaşmasını qeydə alıb. Qeyd olunur ki, bank məlumatları hotel məlumat sistemləri, eləcə də onlayn səyahət agentlikləri vasitəsilə ələ keçirilir. Məlumatları toplamaq üçün fırıldaqçılar fişinq məktublarda “Word”, “Excel” və PDF formatında zərərli əlavələr yayaraq, məsafədən idarəolunan troyan proqramlarından istifadə edirlər.

Bankomatdan pul çıxarır - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Bank hesabından nağd pul çıxarmaq çətinləşə bilər

Həmin məlumatda qeyd olunur ki, real şirkətləri təmsil edən real insanların qrup rezervasiyasına dair rəsmi müraciətləri çox inandırıcı görünür. Məktubda həmçinin rəsmi sənədlərin surətləri və bu hotelin seçilməsinin səbəbləri barədə ətraflı izahat yer alır. Sənədin saxtalığını yalnız şirkətin domeninin yanlış yazılışından anlamaq olur.

Məsələ ilə bağlı İT üzrə ekspert Seymur İsmayılov Sputnik Azərbaycan-a bildirib ki, bu cür fırıldaqlarda aldanmamaq üçün istehlakçılar diqqətli olmalıdırlar: "Bu cür fırıldaqçılar insanların daha çox istifadə etdiyi saytın sürətini hazırlayaraq fəaliyyətə başlayırlar. İstifadəçiləri aldatmaq üçün istifadə etdikləri əsas üsullardan biri də real qiymətlərdən daha ucuz qiymət təklif etmək olur. Daha ucuz qiymət görən şəxs dərhal yalançı sayta üz tutur. Fırıldaqçılar da həmin şəxslərin məlumatsızlığından istifadə edərək, kart məlumatlarını əldə edirlər. Bundan sonra kartdakı bütün məbləğin ələ keçirilməsi texniki məsələyə çevrilir”.

Kart tələbi bizə də çatdı – Milyonlar xərclənəcək, amma rahatlığını da görəcəyik

Ekspert deyir ki, fırıldaqçılara qarşı anti-fişinq adlanan sistemlər mövcuddur. Bu sistemdən istifadə etməklə hansı saytın real, yaxud da saxta olduğunu müəyyən etmək olar: “Lakin bu da məsələnin həlli deyil. Çünki fişinqlə məşğul olanlar bundan da çıxış yolu tapırlar".

"Bu cür hallara aldanmamaq üçün mütləq hansı sayta daxil olduğunuza diqqət yetirin. Saytın domen adının yazılışına diqqət yetirin. Bəzən yalançı domen adının arxasına hansısa bir söz əlavə edilir. Bəzən isə həqiqi saytı yalançı saytdan cəmi bir hərf fərqləndirə bilər. Yəni "az" domenindən sonra nəsə yazılıbsa və ya hansısa hərf fərqi varsa, bu artıq problemin olmasından xəbər verir. Belə olan halda heç bir müştəri aldanmaz", - deyə həmsöhbətimiz əlavə edib.

S.İsmayılov bundan başqa maillər vasitəsilə yayılan viruslar haqda da danışıb: "Məsələn, hansısa müştəriyə hansısa "Excel" faylında qiymətlərlə bağlı məlumat gəlir. Həmin faylı açdıqda, o zaman əlavə göstərilir ki, hansısa xananın da üstündən basaraq, nəsə öyrənmək lazımdır. Bu, çox zaman fırıldaq olur. Çünki həqiqi saytlar bir dəfə basılmaqla açılan fayl göndərirlər. Əgər sizin poçt ünvanınız göndərilən faylı şübhəli (spam) kimi qəbul edirsə, yaxud da faylın içində hansısa xanaya ikinci dəfə basmaq göstərişi varsa, bu sizi düşünməyə vadar etməlidir".

Xəbər lenti
0