17:26 12 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.8941
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev

Azərbaycanın su ehtiyatları region ölkələri ilə müqayisədə nisbətən azdır

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
34 0 0

"Ölkədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün su çatışmazlığı müşahidə olunur. Biz müsbət həllərin axtarılmasına davam edəcəyik" - Muxtar Babayev

BAKI, 4 dekabr - Sputnik. “Suya qənaət olunmalıdır, çünki bir çox ölkələrdə olduğu kimi, bizdə də bu sahədə çətinliklər var”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin 6-cı iclasında deyib.
Nazir bildirib ki, Azərbaycanın su ehtiyatları region ölkələri ilə müqayisədə nisbətən azdır və suyumuzun 70%-i sərhədlərimizdən kənarda formalaşır: “Son zamanlar respublikanın əksər çaylarında, o cümlədən iri tranzit çaylarda sululuq normadan aşağıdır. İqlim dəyişikliyi nəticəsində su resurslarımız 15% azalıb və bu prosesin davam edəcəyi proqnozlaşdırılır”.

"Ölkə əhalisinin artması və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı səbəbindən suya olan tələbat artır. Suya qənaət olunması üçün beynəlxalq praktikaya uyğun olaraq çevik su idarəçiliyi tətbiq edilməlidir. Gələcəkdə bu problemlə üzləşməmək üçün su itkilərinin qarşısı alınmalı, suya qənaət edən müasir texnologiya və avadanlıqlardan istifadə olunmalıdır", - deyə nazir bildirib.

Əsas mövzular