06:52 11 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, arxiv şəkli

Baş Nazirdən sevindirici qərar: Kərə yağı, quş əti və yumurta bahalaşmayacaq

AZƏRTAC
İQTİSADİYYAT
Qısa URL
5 0 0

Baş Nazir Əli Əsədovun dekabrın 4-də imzaladığı qərara uyğun olaraq bəzi məhsullara tətbiq edilmiş rüsumların vaxtı uzadıldı

BAKI, 4 dekabr — Sputnik. Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Baş Nazir Əli Əsədov dekabrın 4-də bununla bağlı qərar imzalayıb. Qərarın birinci hissəsinə əsasən quş əti, qida və damazlıq yumurta, meyvə tərəvəz (pomidor, soğan, fındıq, alma, təzə üzüm, xurma) meyvə-tərəvəz şirələri, sement və sement klinkeri, gips, kərpic, alçipan, kafel və metlaxın idxalına tətbiq edilən spesifik rüsumların vaxtı 2021-ci ilin sonunadək uzadılır.

Bu da sadalanan məhsulları istehsal edən yerli sahibkarlar üçün əlverişli daxili bazar şərtləri formalaşdırır. Qərarın ikinci hissəsi isə istehlakçı maraqlarını qoruyur və daxili bazarda kərə yağının qiymətini sabit qalmasını təmin edir. Bu məqsədlə ölkəyə idxal olunan kərə yağının pərakəndə satış qiymətinin artmasının qarşısını almaq üçün 2017-ci ildə tətbiq edilmiş aşağı rüsum həddinin vaxtı 2021-ci ilin sonunadək uzadılır.

 

Əsas mövzular