Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Çindən Azərbaycana böyük axın ölkəmizə nə vəd edir

© AFP 2023 / JOHANNES EISELEБирка с надписью сделано в Китае
Бирка с надписью сделано в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyri-leqal fəaliyyətlə məşğul olan şirkətlər brend məhsulların surətlərini postsovet ölkələrinə, o cümlədən də Azərbaycana ixrac edirlər.

Nigar İsgəndərova, Sputnik Aəzrbaycan

BAKI, 14 noyabr — Sputnik. Bu ilin 9 ayında Çindən Azərbaycana 2 min 938 adda mal və məhsul idxal olunub. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin büllütenlərində məlumat yer alıb. Gətirilən məhsullar müxtəlif çeşidlərdə olub. Biz bu siyahıda tikiş saplarından tutmuş tikinti materiallarınadək müxtəlif qeyri-qida və qida məhsullarını görə bilərik.

Патрон специального назначения - Sputnik Azərbaycan
ABŞ ciddi narahatdır: Rusiya və Çinə görə radikal addım atacaq

Çindən ölkəmizə gətirilən məhsullar sırasında balıq və balıq məmulatları da var. Belə ki, bu ilin yanvar-sentyabr aylarında Çindən Azərbaycana 69,5 ton dondurulmuş tilapiya balığı gətirilib. Duzlu və ya duzsuz, hisə verilməmiş treska quru balığını, dondurulmuş digər balıq filelərini də bu siyahıya aid etmək olar. Bu ilin 9 ayı ərzində Azərbaycana 1.5 ton nərə balığı kürüsü gətirilib. Dondurulmuş, qabıqlı və ya təmizlənmiş digər paxlalılar və tərəvəzlər də Çindən Azərbaycana idxal edilən məhsullar sırasındadır.

Bundan başqa, qeyd olunan dövrdə bu ölkədən Azərbaycana qabıqlı badam, şabalıd, qoz-fındıq da idxal edilib.

Çindən Azərbaycana gətirilən meyvələr sırasında isə kivi, qara gavalı, sitrus meyvələri, çiyələyi misal çəkmək olar. Bundan başqa, xüsusən pəhriz məqsədi ilə bir çox istehlakçıların yararlandığı yaşıl çay da Çindən Azərbaycana gətirilən məhsullar sırasındadır. Məlumata görə, bu ilin 9 ayında Çindən Azərbaycana 9.57 ton saqqız gətirilib.

Cari ilin 9 ayı ərzində Çindən vanil, darçın, kartofdan hazırlanan nişasta, yer fıstığı, günəbaxan toxumu və digər bitki toxumları, dekorativ güllər, ağaclar gətirilib.

China Railway Ekspress Ankaradan yola salınıb - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Çindən gələn "qonaq" iş adamları üçün günləri qısaldır: "Bu hələ başlanğıcdır"

Bundan başqa, ölkəmizə gətirilən belə mallar sırasında alt geyimləri də üstünlük təşkil edir. Belə ki, bu ilin 9 ayında Çindən ölkəmizə qadınlar üçün 1 389079 ton sair materialdan trikotaj şalvar, önlüklü və qayışlı kombinezonlar, şortlar, kişilər üçün 988695 ton digər toxuculuq materiallarından alt geyimləri, eləcə də qısa tumanlar gətirilib. Qadınlar üçün digər kimyəvi saplardan 1.64 ton alt paltarı gətirilib.

Eyni dövrdə 3 603 613 ton pərakəndə satış üçün nəzərdə tutulmuş alt paltarları idxal edilib.

Çin bazarının Azərbaycana axın etməsinin səbəblərini və daxili bazara təsirini Sputnik Azərbaycan-a şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, bu gün Çin bütün dünyada ixracat potensialı yüksək olan ilk 3 ölkədən biridir. Azərbaycandan Çinə ixrac olunan məhsulların həcmi və çeşidi az olsa da, Çindən Azərbaycana idxal olunan məhsulların sayı heç də az deyil. Lakin Çindən aldığımız məhsulların bəzən keyfiyyətində, bəzən də mənşəyində ciddi problemlərin olduğunu da söyləmək mümkündür.

"Çin məhsulları da bir neçə qrupa ayrılır. Leqal fəaliyyət göstərən şirkətlərlə yanaşı, bu gün Çin ticarətinin böyük bir hissəsini qeydiyyata alınmmamış, qeyri-leqal fəaliyyətlə məşğul olan istehsalçı şirkətlər təşkil edir. Qeyri-leqal fəaliyyətlə məşğul olan bu şirkətlər brend məhsulların surətlərini postsovet ölkələrinə, o cümlədən də Azərbaycana ixrac edirlər. Bu isə sağlamlıq və keyfiyyətlə bağlı problemlər yaradır", - deyə ekspert bildirib.

Bununla belə, Natiq Cəfərli etiraf edir ki, bu gün yerli bazarlarda qiymətə görə Çin məhsullarını əvəzləyəcək məhsullar yoxdur. Ona görə də Çin məhsulları Azərbaycan bazarında hegemonluq edir.

İlham Əliyevin Çin səfəri - Sputnik Azərbaycan
SİYASƏT
Azərbaycan Çin mallarını Avropaya çatdıran ən qısa yol ola bilər

"Biz bazarda əslində Çin istehsalı olan, lakin sonradan etiketlərinin dəyişdirildiyi, istehsalçı tərəf kimi Türkiyə və digər ölkələrin adlarının göstərildiyi barədə faktlara da rast gəlirik", - deyə iqtisadçı əlavə edib.

O bildirib ki, iqtisadiyyatda daha müsbət nəticələrə nail olmaq üçün qeyri-neft sektorunun Çin bazarına yol tapmasına çalışmaq lazımdır.

Kənd təsərrüfatı üzrə ekspert Həsən Quliyev isə Sputnik Azərbaycan-a deyib ki, Çinin ixracatı idxalatından azdır. Bununla belə, həmin ölkənin iqtisadiyyatı böyüyür. Bunun səbəblərindən biri ölkəyə investisiya gətirəcək malların idxal edilməsi ilə əlaqədardır.

"Nəticə etibarilə ölkə iqtisadiyyatı daha da böyüyür. Çünki istehsalatda funksional məhsulların çox olması istehsalın inkişafının ən böyük stimulvericilərindən biridir", - deyən ekspertin fikrincə, kənd təsərrüfatında da inkişafı stimullaşdırmaq üçün istehsal olunan malların funksionallığı artıırlmalıdır.

"Bu gün barama istehsalında ən önəmli xammal tut yarpaqlarıdır. Lakin tut yarpağı olmadığı halda biz Çindən fərqli tut ağacları gətirərək əkmək məcburiyyətində qalmış olarıq. Fərqli bitki məhsulları var ki, onlar bizdə yoxdur. Lakin bu bitki məhsullarının gətirilməsi onların genlərinin dəyişdirilməsi anlamına gəlməməlidir. Bu gün idxal edilən soyanın hamısı GMO-dur. Lakin tinglərin, dekorativ bitki növlərinin idxal olunaraq istixanalarda böyüdülməsi də onların GMO olduğu anlamına gəlməz. Bu, sadəcə, funksionallığı artırılmış məhsullardır", - deyən Quliyev düşünür ki, Çindən olan idxalatla bağlı bu rəqəmlər kənd təsərrüfatı məhsullarının istehsalının funksionallaşdırılmasına kömək edir.

Onun fikrincə, rəqabət qabiliyyətini artırmaq üçün funksionallığı da artırmağa ehtiyac var.

Xəbər lenti
0