11:12 15 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
İşçilər, arxiv şəkli

Rusiyada işləyən azərbaycanlıların pensiya təminatına aydınlıq gətirildi

© Photo : ADY
İQTİSADİYYAT
Qısa URL
33 0 0

Rusiyada işləyən Azərbaycan vətəndaşı sığortaolunan kimi Azərbaycan Respublikasında qeydiyyatdan keçib xüsusi hesaba könüllü əlavə vəsait ödəməklə gələcəkdə pensiya təminatından istifadə edə bilər

BAKI, 19 oktyabr — Sputnik. "Əmək pensiyaları haqqında" qanunun tələblərinə uyğun gələn hər bir Azərbaycan Respublikası vətəndaşı əmək pensiyası təminatı hüququna malikdir. "Əmək pensiyaları haqqında" qanuna əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Sputnik Azərbaycan-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında pensiya sahəsində əməkdaşlıq Sazişi olmadığından sonrakı dövr nəzərə alınmır, bu səbəbdən vətəndaşların Rusiya Federasiyası ərazisində fəaliyyət dövrü üçün o ölkənin Dövlət Sosial Müdafiə Fonduna pul köçürmələri barədə məlumat yoxdur: "Lakin Rusiya Federasiyasında işləyən Azərbaycan Respublikası vətəndaşı sığortaolunan kimi Azərbaycan Respublikasında qeydiyyatdan keçib xüsusi hesaba könüllü əlavə vəsait ödəməklə gələcəkdə pensiya təminatından istifadə edə bilər".

F. Talıbov bildirib ki, mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiyaya əsasən razılığa gələn tərəflər arasında sənədlərin mübadiləsi həyata keçirilir: "Razılığa gələn tərəflərdən birinin ərazisində gerbli möhürlə möhürlənmiş və müəyyən edilmiş qaydada səlahiyyətli müəssisə, yaxud da öz səlahiyyəti çərçivəsində, buna xüsusi səlahiyyəti olan şəxs tərəfindən verilən və ya təsdiqlənən sənədlər, razılığa gələn bütün digər tərəflərin ərazilərində hər hansı bir təsdiqləmə aparmadan qəbul edilməsi Konvensiyaya əsasən tənzimlənir".

Şad xəbər gəldi – Artıq pensiya üçün yığdığınız pul “öz-özünə” artacaq>>

O diqqətə çatdırıb ki, "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində Müqavilə" layihəsinin hazırlanması üzrə danışıqlar gedir: "Məqsəd Rusiyada sığortaolunan kimi fəaliyyət göstərən Azərbaycan Respublikası vətəndaşlarının gələcəkdə pensiya və sosial sığortalanma üzrə hüquqlarının təmin olunması üçün hüquqi əsasların yaradılmasıdır".

Əsas mövzular