19:46 21 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Сотрудник обменного пункта с турецкими банкнотами в руках, фото из архива

ABŞ-ın Türkiyəyə qarşı sanksiyası Azərbaycana necə təsir edəcək

© AFP 2019 / OZAN KOSE
İQTİSADİYYAT
Qısa URL
27 0 0

Türkiyə Azərbaycan üçün yalnız strateji baxımdan deyil, həmçinin iqtisadi aspektdən də vacib tərəfdaşdır. Azərbaycan son illər Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox sərmayə yönəldib. Türkiyə Azərbaycanın qeyri-neft ixracatında ikinci əsas tərəfdaşdır

BAKI, 15 oktyabr — Sputnik. "ABŞ-ın Türkiyəyə qarşı sanksiya planı qonşu ölkənin iqtisadiyyatına təsirsiz ötüşmür. Son bir həftədə lirə 4 faiz dəyər itirib. Belə ki, ötən həftə 1 dollar almaq üçün 5.7 lirə ödəmək lazım idisə indi bu rəqəm 5.9 lirəyədək geriləyib".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu iqtisadçı-alim Vüqar Bayramov özünün "Facebook" profilində yazıb. O bildirib ki, Ağ Ev sanksiyaları gücləndirəcəyi halda, bu Türkiyə iqtisadiyyatına yalnız məzənnə deyil, digər formalarda da neqativ təsir göstərəcək: "Xüsusən də Türkiyə iqtisadiyyatına yönəldilən bibraşa xarici investisiyaların həcmində azalmalar ola bilər. Türkiyə Azərbaycan üçün yalnız strateji baxımdan deyil, həmçinin iqtisadi aspektdən də vacib tərəfdaşdır. Azərbaycan son illər Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox sərmayə yönəldib. Türkiyə Azərbaycanın qeyri-neft ixracatında ikinci əsas tərəfdaşdır".

"Qeyri-neft məhsullarımızın üçdə biri Türkiyənin payına düşür. Bu baxımdan, lirənin dəyərsizləşməsi fonunda Azərbaycanın Türkiyəyə ixracatında azalmalar müşahidə edilə bilər. Doğrudur, hələlik ciddi azalmalar proqnozlaşdırılmasa da, ucuz lirə Türkiyə bazarına Azərbaycan məhsullarını milli valyuta ifadəsində bahalaşdıracaq. Bütün hallarda Türkiyə iqtisadiyyatının zəifləməsi bizim üçün məqbul hesab olunmur. Bütövlükdə, sanksiyaların genişlənəcəyi halda isə lirənin 6 bəndlik pisxoloji həddi aşacağı gözlənilir", - deyə o əlavə edib.

Əsas mövzular