05:03 19 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Pulqabı, arxiv şəkli

Qorunmayan əmanəti almaq üçün hansı banka müraciət etmək lazımdır?

CC0 / Prasanta Sahoo / Money
İQTİSADİYYAT
Qısa URL
89 0 0

Müflisləşən banklarda qorunan əmanətlərin qaytarılması həyata keçirilirdi və sığortalanmayan depozitlər ödənilmirdi

BAKI, 8 oktyabr — Sputnik. "Oktyabrın 16-dan etibarən müflis elan olunan banklarda 10 min dollar və ya 17 min manatdan çox olmayan sığortalanmayan əmanətləri olan vətəndaşlar pullarını geri ala biləcəklər. Yəni, müflis olan bankda vətəndaşımızın qorunmayan əmanəti olubsa və onun məbləği 10 min dollardan çox deyilsə, o zaman həmin vəsait qaytarılacaq. Qeyd edim ki, iki həftə öncə qorunmayan əmanətlərin qaytarılacağı haqda sosial şəbəkə statusumda məlumat vermişdim. Daha sonra bu, rəsmi olaraq təsdiqləndi. Proses ilə bağlı ən çox verilən suallar hansı müflis olmuş banklarda olan vəsaitin qaytarılması və hansı bank vasitəsilə ödənilməsi barədədir".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə iqtisadçı-alim Vüqar Bayramov özünün "Facebook" profilində məlumat paylaşıb.

Maraqlıdır, hansı banklarda olan qorunmayan əmanətlər qaytarılacaq? V.Bayramov bildirib ki, ləğv prosesində olan "Atrabank", "Royalbank", "Kredobank", "Zaminbank", "Bank of Azerbaijan", "Qafqaz İnkişaf Bankı", "Bank Standard", "Yunayted Kredit Bank", "Texnikabank", "Dəmirbank" və "Gəncəbank"da olan məbləği 17 min manatdan (və ya 10 min dollar) çox olmayan qorunmayan əmanətlər qaytarılacaq.

Qorunmayan əmanəti almaq üçün hansı banka müraciət etmək lazımdır, sualına cavab olaraq isə alim bildirib ki, kompensasiya "Kapitalbank" vasitəsi ilə qaytarılacaq və bu haqda fond əlavə məlumat verəcək.

"İlkin qiymətləndirmələrə görə, 50 mindən çox əmanətçinin qorunmayan depoziti geri qaytarılacaq. Qeyd edək ki, müflisləşən banklarda qorunan əmanətlərin qaytarılması həyata keçirilirdi və sığortalanmayan depozitlər ödənilmirdi. Halbuki bank həmin vəsaitdən istifadə edib gəlir əldə etmişdi. Amma vətəndaş pulu geri ala bilmirdi. Bu baxımdan həmin əmanətlərin geri qaytarılması həm hüquqi, həm də sosial baxımdan vacib idi. Qeyd edək ki, təşkilatımız - İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) differensial olaraq qorunmayan əmanətlərin 10 min dollarının və ya 17 min manatının qaytarılmasını təklif edir", - deyə o əlavə edib.

Əlaqədar

Ehtiyatlı olun: Mərkəzi Bank saxta pullarla bağlı xəbərdarlıq etdi
İsveçrə banklarında pulu olan azərbaycanlılara kədərli xəbər
Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı
"Əhaliyə istehlak kreditləri verən ayrıca banklar yaradılsın" - TƏKLİF
Teqlər:
əmanət, Bank

Əsas mövzular