BAKI, 30 sentyabr - Sputnik. Azərbaycanda avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə nəzərdə tutulan dövlət rüsumu artırılır.
Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilir.
Dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu 20 manatdan 30 manata qaldırılır.
Dəyişiklik 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək. Dəyişiklik Milli Məclisin sentyabrın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.