21:14 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8829
Белый дом в ночь выборов, 8 ноября 2016 года

ABŞ-da prezident seçkiləri Azərbaycanın xeyrinə başa çata bilər

© REUTERS / Kevin Lamarque
İQTİSADİYYAT
Qısa URL
150310

Əgər Elizabet Uorren kimi namizəd səsvermədə qələbə qazansa, dünya üzrə neft qiymətləri kəskin şəkildə artacaq

BAKI, 15 sentyabr - Sputnik. Demokratlar partiyasından ABŞ prezidentliyinə bir neçə potensial namizədin öz seçkiqabağı proqramını elan etməsindən sonra, beynəlxalq təşkilatların rəsmiləri həyəcan təbili çalmağa başlayıblar. Belə ki, onlar sözügedən siyasətçilərin seçki vədlərinin reallaşması nəticəsində neft ölkələrinin - Rusiyanın, Azərbaycanın və digərlərinin mənfəət əldə edə biləcəyini bildiriblər. Sputnik Azərbaycan xəbər verir ki, RİA Novosti-nin analitiki İvan Danilov bu məsələni ətraflı şərh edib.

Demokratların islahat təklifi

Amerikanın “Marketwatch” maliyyə xəbərləri saytının yaydığı məlumata görə, bu yaxınlarda Beynəlxalq Enerji Agentliyinin sədri Fatih Birol ABŞ prezidentliyinə bəzi namizədlərinin islahat təklifləri ilə bağlı narahatlığını bildirib. Birol təklif olunmuş islahatların “ABŞ və Avropa üçün bəd xəbər” olacağını və “Rusiyanın bundan üstünlük əldə edəcəyini” iddia edib.

Bəs sözügedən islahatların məğzi nədən ibarətdir? Demokratlar partiyasından bir sıra aparıcı namizəd prezident seçiləcəyi təqdirdə dövlətə məxsus torpaqlarda yeni neft və qaz yataqlarının işlənməsinə qadağa qoyacağını bəyan edib. Daha radikal bəyanatlarda isə bütün ABŞ ərazisində neft və qaz hasilatında “şist texnologiyalarının” tətbiqinə qadağa qoyulması təklif olunub.

Məsələn, Demokrat senator və ABŞ prezidentliyinə potensial namizəd Elizabet Uorren bu yaxınlarda yazdığı tvitlərin birində qeyd edib:

“Prezident kimi ilk günümdə imzalayacağım sərəncamla şelfdə və dövlət torpaqlarında mineral yanacağın qazma yolu ilə hasilatı üçün torpaq kirayəsinin bütün yeni növlərinə tam moratorium qoyacağam. Həmçinin hər yerdə frekinqi (şist yataqlarında neft və qaz hasilatının əsas metodunu – red.) qadağa edəcəyəm”.

Digər potensial namizədlər - Berni Sanders və Kamala Harris də bu və ya digər formada oxşar bəyanatlar səsləndiriblər.

İndiyə qədər belə vədlərdən çəkinmiş yeganə ağırçəkili namizəd isə keçmiş vitse-prezident Co Baydendir. Lakin hazırda “yaşıl” namizədlərin ümumi reytinqinin Co Baydenin reytinqindən yüksək olduğunu nəzərə alsaq məhz bu namizədlərdən birinin finalda hazırkı Prezident Donald Trampa rəqib olacağını gözləmək olar.

Neft qiymətləri arta bilər

Sözügedən “ekoloq” namizədlərdən birinin seçkilərin final mərhələsində Trampa rəqib çıxması beynəlxalq bazarlar tərəfindən neft tədarükünün kəskin azalması riski kimi qiymətləndirilə bilər. Əgər belə bir namizəd, məsələn Elizabet Uorren səsvermədə qələbə qazansa dünya üzrə neft qiymətləri kəskin şəkildə artacaq.

Qeyd edək ki, yeni şist yataqlarının qazılmasına və ya şelfdə qazma işlərinə hətta yumşaq məhdudiyyətlərin qoyulması belə neft tədarükünün, eləcə də təbii qaz hazilatının və maye qaz ixracatının azalmasına gətirib çıxaracaq. Belə məhdudiyyətlərin hətta ən yüngül formada tətbiqi ilk növbədə Amerikanın neft-qaz sektoruna ciddi zərbə endirə bilər.
Danilov qeyd edir ki, OPEC+ sazişinin son iki ildə Rusiyaya təxminən 6 trilyon rubl (təxminən 160 milyard manat) gətirdiyini nəzərə alsaq, “yaşıl” namizədlərdən birinin Trampın üzərində qələbəsi halında Rusiyanın gəlirlərinin (neft qiymətlərinin yüksəlməsi hesabına) iki dəfə və ya daha çox artacağını gözləmək olar.

Əsas mövzular