00:42 09 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
Tütün sahəsi, arxiv şəkli

Zərərli vərdiş ölkəmizdən milyonlarla dolları xaricə axıdır

CC0 / distel2610 / tabacco
İQTİSADİYYAT
Qısa URL
466 0 0

Tütünçülüyün inkişafında məqsəd ölkədən valyuta axınının qarşısını almaqdır.

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 30 iyul — Sputnik. Heç kəs siqaret çəkməyin təbliğatını aparmır, lakin xaricə tütün almaq məqsədilə on milyonlarla dollar valyuta axınının qarşısını almaq üçün tütünçülüyün inkişafı zəruridir.

2019-cu ilin ilk yarım ilinin yekunlarına görə, tütün və tütün məmulatlarının ölkəyə idxalı 51,32 milyon dollar, ixracı isə cəmi 7, 233 milyon dollar olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatda bildirilir.

Beləliklə, tütünün idxalı ixracı 44.087 milyon dollar üstələyib.

2018-ci ilin analoji dövrü ilə müqayisədə tütün və tütün məmulatlarının alınması üçün valyuta axınını bir qədər azaltmaq mümkün olub: idxal – 60,136 milyon dollar, ixrac – 5,528 milyon dollar, valyuta axını -54,611 milyon dollar. İlin sözügedən dövründə ixracın artması, ötən illə müqayisədə tütün idxalının aşağı düşməsi zərərli vərdiş üçün xərclənən vəsaitlərin həcmi 10,524 milyon dollar azaldıb.

Əlbəttə, ölkədən valyuta axınının azaldılması məqsədilə tütün üçün ayrılmış əkin sahələrinin artırılmasını gözləmək olardı. Lakin Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin birinci yarısında tütünə 3,134 ha torpaq ayrılıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 270 ha azdır.

DSK-nın məlumatında bildirilir ki, 2018-ci ilin yekunlarına görə, tütün və tütün məmulatlarının idxalı 165,777 milyon dollar, ixracı isə 14,264 milyon dollardır.

2018-ci ildə Azərbaycanda 6,3 min ton tütün istehsal edilib ki, bu da 2017-ci ilin analoji dövrü ilə müqayisədə 18,8% çoxdur.

Teqlər:
dollar, siqaret, tütün

Əsas mövzular