SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Oqtay Əsədov: "Silahlı münaqişələr bölgədə əməkdaşlıq imkanlarını məhdudlaşdırır"

© Sputnik / Murad OrujovMilli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli
Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"İclasın 7 il sonra yenidən Bakıda keçirilməsinin və Qara Dəniz bölgəsində enerji məsələlərinə həsr olunmasının rəmzi mənası var"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 iyun-Sputnik. "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının iclasının 7 il sonra yenidən Bakıda keçirilməsinin və Qara Dəniz bölgəsində enerji məsələlərinə həsr olunmasının rəmzi mənası var".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov Bakıda bu gün keçirilən QDİƏT Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasının açılışında deyib.

Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli - Sputnik Azərbaycan
Vergilər naziri Oqtay Əsədovun iradına cavab verdi

Parlament sədri bildirib ki, bu 7 ildə Azərbaycanın yaxından iştirakı ilə həyata keçirilən nəhəng nəqliyyat və enerji layihələrinin köməyi ilə bölgənin iqtisadi mənzərənin dəyişdirilməsində mühüm bir dövr təşkil edib: "Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum və TANAP qaz kəmərləri, digər trans milli layihələr nəinki bölgəmizin, həm də Avropa qitəsinin iqtisadi xəritəsinin formalaşdırılmasında mühüm rol oynayır, onun enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verir. Bu layihələr arasında 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yol xəttinin reallaşdırılmasının və eləcə də TAP qaz kəmərinin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və onun Parlament Məclisi çərçivəsində tərəfdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir".

Parlament sədri təəssüflə bildirib ki, regionumuzun bir neçə dövlətinin ərazisində mövcud olan silahlı münaqişələr bölgədə əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır: "Azərbaycan 25 ildən çoxdur ki, Ermənistanın silahlı təcavüzündən və işğalından əziyyət çəkir. Əminik ki, bu münaqişələr beynəlxalq hüququn prinsip və normaları, xüsusən dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında tezliklə həllini tapacaq".

Xəbər lenti
0