Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

ABŞ Türkmənistan qazının Azərbaycandan nəqlinə “hə” dedi

© AFP 2023 / GENT SHKULLAKUСтроительство газопровода, фото из архива
Строительство газопровода, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Donald Tramp Berdıməhəmmədova məktubunda arzularını dilə gətirib

BAKI, 24 mart — Sputnik. ABŞ prezidenti Donald Tramp Türkmənistan qazının Xəzər dənizi üzərindən Avropaya nəqlinin həyata keçiriləcəyinə ümid edir.
Sputnik Azərbaycan-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumatına görə, bu, ABŞ prezidentinin Novruz bayramı münasibəti ilə Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədova ünvanladığı təbrik məktubunda əksini tapıb.

D. Tramp bildirib ki, ABŞ hökuməti və biznes dairələri Türkmənistanla iqtisadi əməkdaşlığı möhkəmləndirmək üçün yeni istiqamətlər axtarır: “Ümid edirəm ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsi ilə əlaqədar Türkmənistan qazın Qərbə nəqli üçün yaranmış yeni imkandan istifadə edə biləcək”.

Xəbər lenti
0