05:58 18 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
Vüqar Bayramov

Gələn il üçün orta aylıq əmək haqqının artımı proqnozlaşdırılır

© Photo: Facebook / vugar.bayramov.7
İQTİSADİYYAT
Qısa URL
793 0 0

"Orta aylıq əmək haqqı artımı 5.7 və əhalinin gəlir artımı isə 9.0 faiz proqnozlaşdırılır" - Vüqar Bayramov

BAKI, 30 dekabr — Sputnik. "Gələn ay pensiya məbləğləri 2018-ci ildə orta aylıq əmək haqqındakı faiz artımına indeksasiya olunacaq. Baza hissəsi ləğv olunduğundan tam məbləğin indeksasiyası həyata keçiriləcək. Qeyd edim ki, bu ildən başlayaraq pensiya məbləği infilyasiya səviyyəsinə deyil, orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya olunur". İqtisadçı-alim Vüqar Bayramov pensiyalarla bağlı verdiyi şərhində belə qeyd edib.

Onun sözlərinə görə pensiyaların indeksasiya mexanizminin təkmilləşdirilməsinə ehtiyac var: "Belə ki, pensiya məbləğinin orta aylıq əmək haqqındakı artıma deyil əhalinin gəlirlərindəki artım faizinə indeksasiya olunması daha məqsədə uyğun olardı. Belə ki, qeyri-rəsmi məşğulluq mövcud olduğundan orta aylıq əmək haqqıdakı artım gəlirlərin artımını tam ifadə edə bilmir. Digər tərəfdən, rəsmi statistikada əhalinin gəlirləri orta aylıq əmək haqqıya nisbətən daha yüksək faizlə artıdığından bu indeksasiya zamanı pensiyaların daha çox artmasına imkan verə bilir".

"Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 10 ayında əhalinin gəlirləri 9.2 faiz artsa da, orta aylıq əmək haqqı cəmi 2.8 faiz çoxalıb. Eləcə də 2018-ci ildə orta aylıq əmək haqqının 4 faiz artacağı gözlənilsə də, əhalinin gəlirləri 9 faizdən çox artacaq. Gələn ildə orta aylıq əmək haqqı ilə əhalinin gəlirlərindəki artım arasında fərq var: orta aylıq əmək haqqı artımı 5.7 və əhalinin gəlir artımı isə 9.0 faiz proqnozlaşdırılır" – deyə ekspert əlavə edib.

V.Bayramov 2018-ci ildə həyata keçirilən islahatlardan da danışıb: "Etiraf edək ki, 2018-ci ildə pensiyaya əlçatınlığın artırılması ilə bağlı bir sıra islahatlar həyata keçirildi. Aşağı pensiya alan 80 minə yaxın vətəndaşın pensiya məbləğinin gələn ildən orta hesabla 30 faiz artırılması da buna aid edilə bilər. Bu baxımdan, bu islahatların tərkib hissəsi kimi indeksasiya sistemində meyarların dəyişdirilməsi vacibdir. Əmək müqavilələrində maaş məbləğinin tam göstərilməməsi, hətta əmək müqavilələrinin bağlanmaması hallarının az olmadığını nəzərə alsaq pensiyaların orta aylıq əmək haqqıdakı artıma deyil, əhalinin gəlirindəki artım faizinə indeksasiyası daha doğru olardı. Bu halda indeksasiya nəticəsində pensiya məbləğlərinin daha çox artmasının şahidi ola bilərik".

Əlaqədar

Deputatlar maaş və ehtiyacları haqqında: "Elə bilirlər, milyardlarla pul qazanırıq"
Ombudsmanın maaşı artırılır
Maaşınız artmayacaq, amma daha çox qazanacaqsınız - Gələn ildən
Bakıda fəhlələr yenə krana dırmaşıblar: "Maaşımızı verməsəniz, özümüzü atacağıq"

Əsas mövzular