14:40 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
İqtisadiyyat naziri Şahin Mustafayev

Qeyri-neft sektorunun ciddi artımı proqnozlaşdırıldı

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
79 0 0

Yeni hesabatda Azərbaycanın mövqeyi 32 pillə artaraq, 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında isə liderlik mövqeyinə yüksəlib

BAKI, 13 noyabr-Sputnik. “Dünya iqtisadiyyatında baş verən dəyişikliklər, əsas tərəfdaş ölkələrdə iqtisadi vəziyyət nəzərə alınaraq İqtisadiyyat Nazirliyi tərəfindən 2019-cu il və növbəti 3 il üzrə orta müddətli dövr üçün ölkəmizin sosial iqtisadi göstəriciləri hazırlanıb”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

Nazir bildirib ki, Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, dünya iqtisadi artımının 2018-ci il və 2019-cu ildə 3.7 faiz, Dünya Bankının hesablamalarına görə isə 3.1 faiz olacağı proqnozlaşdırılır: “Əmtəə ixracatçısı olan bir çox ölkələrdə və MDB məkanında dayanıqlı iqtisadi artımın proqnozlaşdırılması, əmtəə ixracatçılarında artımla bağlı meylləri formalaşması, neft ixracatçıları olan ölkələrdə iqtisadi artımın 2018-ci ildə də müşahidə olunması, dünya iqtisadiyyatının artımını şərtləndirən amillər kimi nəzərə alınır”.

Ş.Mustafayev bildirib ki, hazırda dünyada müşahidə edilən müsbət tendensiyalarla yanaşı, bəzi risklər hələ də qalmaqdadır: “İnkişaf etmiş ölkələrdə daha sərt maliyyə şərtlərinin tətbiqi nəticəsində inkişaf etməkdə olan iqtisadiyyatlara kapital axınının azalması həmçinin yeni ticarət tariflərinin tətbiqi, bəzi ölkələrdə geosiyasi gərginliklər əsas ticarət partnyorlarının milli valyutalarının dəyərini itirməsi risk yaradan amillərdən hesab olunur”.

O, diqqətə çatdırıb ki, aparılan sistemli islahatlar, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir: “Dünya Bankı tərəfindən “Doing Bisness 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı ölkələri sırasına daxil olaraq, ən çox islahat aparan ölkə olub. Yeni hesabatda Azərbaycanın mövqeyi 32 pillə artaraq, 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında isə liderlik mövqeyinə yüksəlib. 2019-cu ildə ÜDM-in 3.9 faiz, növbəti illərdə orta hesabla 3.4 faiz artacağı proqnozlaşdırılır”.

Ş.Mustafayev bildirib ki, dünya iqtisadiyyatında baş verən dəyişikliklər və beynəlxalq təşkilatların proqnozları təhlil edilərək neftin bir barelinin qiyməti orta müddətli dövr üçün 60 dollar götürülüb: “Gələn il “Şahdəniz” yatağında neft-qaz hasilatının artması, dövlət hesabına neft sektorunda 3.1 faiz, növbəti illərdə orta hesabla 3.2 faiz artım gözlənilir. Növbəti ildə əsas kapitala investisiya qoyuluşu 17,9 milyard manat, burada xarici investisiyaların 7.5, daxili sərmayələrin tutumunun 4 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Əsas kapitala investisiya qoyuluşlarının artacağı, əsas götürülməklə 2019-cu ildə tikinti sektorunda 2.5 faiz artım gözlənilir”.

“İndiyədək  281 sahibkara 320 investisiya təşviqi sənədi verilib. 8 iqtisadi rayonu əhatə edən bu layihələrə 2.7 milyard manat investisiya yatırılmaqla  21 mindən çox yeni iş yerlərinin açılması nəzərdə tutulub. İnvestisiya təşviqi sənədi almış müəssisələrinin 63 faizi artıq fəaliyyətə başlayıb, digərlərinin isə gələn ilin sonunadək fəaliyyət göstərəcəyi nəzərdə tutulub.  Həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektorunun artımının 3.9 faiz olacağı proqnozlaşdırılır” – deyə nazir qeyd edib.

Əlaqədar

Bədbin proqnoz: Rusiya “ən yuxarı neft həddi”nə çatacaq
Azərbaycanı real iqtisadi artım gözləyir: Nüfuzlu beynəlxalq qurumdan proqnoz
Dünyanı qorxudan proqnoz – ABŞ iqtisadiyyatı çökəcək
Beynəlxalq Valyuta Fondundan Türkiyə ilə bağlı bədbin proqnoz
ABŞ-dan Azərbaycan nefti ilə bağlı proqnoz gəldi
Teqlər:
Milli Məclis, Azərbaycan Respublikasının iqtisadiyyat naziri, Şahin Mustafayev

Əsas mövzular