05:06 16 Avqust 2018
Canlı yayım
  • RUB0.0255
  • USD1.7000
  • EUR1.9254
ABŞ-dakı avtomobil zavodlarından birində alimium hissə

Tramp Türkiyədən gətirilən metallar üçün rüsumları artırdı

© REUTERS / John Gress
İQTİSADİYYAT
Qısa URL
74 0 0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin bu iqtisadi müharibəni uduzmayacağını bəyan edib

BAKI, 10 avqust — Sputnik. Türkiyə prezidenti Donald Tramp bəyan edib ki, o Türkiyədən idxal olunan polad və alüminium üçün gömrük rüsumlarını iki dəfə artırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Tramp öz "Twitter" səhifəsində yazıb.

"Türkiyəyə gəldiksə mən polad və alüminium üçün gömrük rüsumlarının iki dəfəyə qədər artırılmasına dair qərar verdim. Onların valyutası, Türkiyə lirəsi bizim güclü dollara qarşı münasibətdə kəskin aşağı düşür! Bundan sonra alüminium üçün gömrük rüsumu 20%, polad üçün isə 50% oldu. Bizim hazırda Türkiyə ilə münasibətlərimiz heç də yaxşı deyil!.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin bu iqtisadi müharibəni uduzmayacağını bəyan edib.

Türkiyədə ABŞ dollarının məzənnəsi bu gün Bakı saatı ilə 10.23 radələrində 6 lirəni keçərək rekordu təzələyib.

Xatırladaq ki, Türkiyədən doqquz nəfərlik bir diplomatik heyət Amerika ilə Türkiyə arasındakı gərginlikləri aradan qaldırmaq məqsədilə Vaşinqtonda danışıqlar aparıb. ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert nümayəndə heyəti ilə görüşlərin keçirildiyini, müzakirələrin davam etdiyini deyib.

Rahib Bransonın həbsi və Vaşinqton rəhbərliyinin aldığı sanksiya qərarları səbəbi ilə Türkiyə və ABŞ arasında başlayan böhranı həll etmək üçün ABŞ-a gedən türk nümayəndə heyəti dünən ABŞ dövlət katibinin birinci müavini Con Sullivan ilə bir araya gəlib.

Əsas mövzular