22:58 12 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0252
  • EUR1.9245
İxrac Gömrük Nəzarət Xətti

Dünya Bankı Azərbaycanla bağlı yeni gündəm yaradıb: İndi nə qərar verək?

© Sputnik / Rahim Zakiroğlu
İQTİSADİYYAT
Qısa URL
420 0 0

Ekspertlər DB rəsmisinin "Azərbaycanda aqrar sektor ixracın 77%-ni Rusiyaya həyata keçirir" fikrinə birmənalı yanaşmırlar

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 11 iyul — Sputnik. "Azərbaycanda aqrar sektor ixracın 77 faizini Rusiya istiqamətində həyata keçirir və bu, zəif cəhətdir. Yeni bazarlar barədə düşünmək lazımdır".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad üzrə elmlər doktoru Elşad Məmmədov
© Sputnik / Anar Mustafayev
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad üzrə elmlər doktoru Elşad Məmmədov

Bu barədə ötən günlərdə Dünya Bankının rəsmisi Culian Lampietti açıqlama vermişdi. Mövzunu Sputnik Azərbaycan-a şərh edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Azərbaycanın əmtəə, məhsul və xidmətlərinin təşviqi nöqteyi-nəzərindən Rusiya seqmentinin strateji və prioritet olduğunu deyib: "Qeyri-neft sektorunun inkişafından söhbət gedirsə, burada əsas istiqamət Rusiyadır. Hesab etmirəm ki, bunun iqtisadiyyat üçün ciddi şəkildə hər hansı bir mənfi nəticələri gözləniləndir".

"Çünki nəzərə almaq lazımdır ki, xarici ticarət, iqtisadiyyat ilk növbədə yaxın qonşu ölkələrlə həyata keçirilir. Bu baxımdan da Rusiya bazarı Azərbaycanın qeyri-neft sektoru istehsalçıları və ixracatçıları üçün prioritetdir. Bu proses çox dayanıqlıdır və bu prosesin faktiki olaraq real alternativi yoxdur. Avropa və digər bir çox bazarlarda çox ciddi şəkildə formalaşan ticarət maneələri mövcuddur. Bu, imkan vermir ki, uzunmüddətli perspektivdə də Rusiyaya alternativ bazarın formalaşmasından söhbət edə bilək", — deyə o bildirib.

Ekspertin fikrincə, burada əsas məsələ ixracın coğrafiyasında deyil, strukturunda dəyişikliklərdən ibarət olmalıdır: "Rusiyanın hansısa digər xarici bazarla əvəz edilməsi əsas məsələ deyil. Burada ixrac məhsulunda əlavə dəyərin daha çox xüsusi çəkiyə malik olmasından, daha yüksək texnologiyaya malik olan, elm tutumlu əmtəə, məhsul və xidmətlərin ixracından söhbət etməliyik".

"Eyni zamanda ixracın coğrafiyasının da şaxələndirilməsi hər bir ölkə üçün arzuolunandır. Amma hər bir ölkənin strateji xarici ticarət tərəfdaşları var. Azərbaycan üçün əsas xarici ticarət tərəfdaşının Rusiya olması heç də ölkəmizin iqtisadiyyatına hər hansı bir ciddi təhlükə kəsb etmir. Azərbaycanın Rusiya ilə ticari, iqtisadi əlaqələrinin gücləndirilməsi labüddür və zəruridir" — deyə professor əlavə edib.

UNEC-in dosenti Elşən Bağırzadə isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Azərbaycanın qeyri-neft ixracının önəmli hissəsi kənd təsərrüfatı məhsullarıdır: "Onsuz da kənd təsərrüfatı məhsulları ixrac edən ölkələr dünya bazarında bu məhsulların qiymətindən asılı olur. Yəni bunların qiyməti tez-tez dəyişir, müxtəlif problemlər olur. Ona görə kifayət qədər kənd təsərrüfatı məhsulları ixrac edən ölkələrin ixrac gəlirləri qeyri-sabit olur".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə
© Foto : UNEC-in mətbuat xidməti
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə

"Bu, reallıqdır və ABŞ, Türkiyə, İsrail üçün də belədir. Yəni kənd təsərrüfatı məhsulları sənaye məhsullarından fərqlidir və dünya bazarında qiymətlər tez-tez dəyişə bilir. Bu, kənd təsərrüfatı məhsullarının ixracının birinci xüsusiyyətidir. Kənd təsərrüfatı məhsullarının ixracının ikinci xüsusiyyəti bazar məsələsidir. Yəni məhsullar davamlı, dayanıqlı bazarlara, yoxsa, qeyri-müəyyən olan bazarlara ixrac edilir", — deyə o bildirib.

Bağırzadənin sözlərinə görə, Rusiya Azərbaycan üçün böyük bazar olsa da, qeyri-stabil bazardır: "Rusiyada müəyyən iqtisadi böhranlar olur ki, bu da ixracın davamlılığı baxımından böyük riskdir. Ona görə də Dünya Bankının nümayəndəsinin fikrini dəstəkləyirəm ki, burada risk var. Azərbaycan onsuz da riskli olan kənd təsərrüfatı məhsulları ixracını daha dayanıqlı bazarlara ixrac etməyə çalışmalıdır".

Ekspert fikrinə misal da gətirir: "Məsələn, dayanıqlı bazar olaraq Avropa İttifaqı bazarını nəzərdən keçirə bilərik. Azərbaycan çalışmalıdır ki, daha yüksək standartlı məhsullar istehsal edərək bu bazara girə bilsin. Orada məhsulların qiyməti yüksək, əhalinin gəlirləri, iqtisadiyyatın inkişafı stabil olduğu üçün davamlı bu bazarlara məhsul ixrac etmək olar".

E.Bağırzadənin qənaətincə, kənd təsərrüfatı məhsullarının ixracında nəinki Rusiya, istənilən ölkədən asılılıq kifayət qədər riskdir və bunu diversifikasiya etmək daha doğrudur: "Yəni aqrar sektorda çalışanlar Rusiya iqtisadiyyatında baş verən proseslərdən asılı vəziyyətdə olmamalıdırlar".

Əlaqədar

Hökumət ixracla bağlı yeni qərar qəbul etdi
Azərbaycan aşağı gərginlikli və kontrol kabellərin ixracına başladı
İlham Əliyev: "Biz təkcə silah istehsal etmirik, həm də ixrac edirik"
"Azərbaycan regionda təhlükəsizlik ixracatçısı rolunu oynayır"
Ekspert: “Azərbaycan Gürcüstana ixracın artırılması üçün addımlar atmalıdır”
Teqlər:
aqrar sektor, Sputnik Azərbaycan, Elşən Bağırzadə, Elşad Məmmədov, kənd təsərrüfatı, UNEC, ixrac, professor, Rusiya, Avropa, bazar, Azərbaycan, məhsul

Əsas mövzular