09:24 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9254
Çin portunda yük könteynerləri

ABŞ və Çin arasında ticarət müharibəsi: Bakıda "kitayski" mallar bahalaşa bilər?

© AFP
İQTİSADİYYAT
Qısa URL
265 0 0

Azərbaycanlıların əsl "toyu" keyfiyyətsiz Çin mallarını indikindən xeyli baha qiymətə almağa başlayanda olacaq

BAKI, 21 iyun — Sputnik. Çin bu günlərdə ABŞ-dan idxal edilən 659 adda məhsula 25% idxal vergisi tətbiq edildiyini açıqlayıb. Bu, ABŞ-ın analoji addımına cavab tədbiri kimi nəzərdə tutulub.

Bu vəziyyətin indidən sonra necə davam edəcəyi və dolayısı ilə Azərbaycana də təsir edib-etməyəcəyi barədə Sputnik Azərbaycan-a rusiyalı politoloq, Müasir İdeologiyanın İnkişafı üzrə Milli İnstitutun direktor müavini İqor Şatrov açıqlama verib.

Politoloqun fikrincə, baş verənlər daha çox təhdid xarakteri daşıyır, nəinki real hərəkət. Özü də nəzərə alanda ki, ABŞ prezidenti Donald Tramp dünya iqtisadiyyatının dağılmasına imkan verməyəcək qədər sağlam düşüncəyə malikdir. Həmçinin idarə olunan xaos nəzəriyyəsi həmişə okeanın o tayında populyar olub. 

Şatrov hesab edir ki, böyük iqtisadiyyatlardakı ticarət müharibəsi əvvəlki hallardan daha pis formada qaçılmaz dünya böhranına gətirib çıxaracaq.

Onun fikrincə, tamamilə mümkündür ki, ABŞ-ın hərəkətləri fəlakətin baş verməsinə hesablanıb. Dünya valyuta ehtiyatlarının tənzimlənməsi funksiyasını yerinə yetirən Birləşmiş Ştatlar əvvəl sudan quru çıxacaq və sonra pul qazanmağa girişəcək. Dünya isə xaos içində olacaq.

"Çinlə ABŞ-ın ticarət müharibəsindən hansı ölkə qazanacaq?" sualına cavabında isə ekspert deyib ki, Çin özünün Amerikanın idxal vergisi altına düşən mallarına başqa bazarları tapacaq. Ola bilsin ki, bu addım özünü doğrultmasın. Amma nəzərə almaq lazımdır ki, analoji vəziyyətə Amerika istehsalçıları da düşəcək. Çünki Amerika mallarının Çin bazarlarına ayaq açmasına da məhdudiyyətlər qoyulub. Problemin həlli kompromislərin axtarışındadır.

Şatrof həmçinin düşünür ki, müharibə sonadək dünyanın ən nəhəng fabriklərinə malik Çinlə alıcılıq qabiliyyəti yüksək olan istehlakçıya malik ABŞ arasında getsə də, qələbə onların ikisindən birinin əlində deyil. 

Ekspertin fikrincə, hazırda ABŞ ticarət müharibəsini təkcə Çinlə aparmır, bütün dünya ilə aparır.

"Gəlin misallarımızı polad və alüminium üzərində quraq. Rusiya Sənaye və Ticarət Nazirliyinin məlumatına görə, Rusiyanın metallurgiya biznesində ABŞ ucbatından olan zərərləri polad sahəsində 2 milyard dollara, alüminiumda isə 1 milyard dollara yaxındır. Belə olan təqdirdə bu, Rusiya metallurgiya şirkətlərinin Şimali Amerikadakı törəmələrinə müsbət təsir göstərəcək. Çünki Amerika bazarının bağlanması ABŞ-ın daxili bazarında məhsulların qiymətinin artmasına səbəb olacaq" — deyən Şatrovun sözlərinə görə burada baş verənlərin birinin digərini nə dərəcədə kompensasiya etdiyi də önəmlidir.

"Önəmli olan odur ki, biz iqtisadi proseslərin sərbəst axını yolunda süni əngəllər, ədalətsiz rəqabət nümunəsi və mamırlamış proteksionizm görürük. Bütün bunlar müasir şəraitdə zəif təsirə malik keçmişin qalıqlarıdır. Bu sizif əməyi ilə açıq iqtisadiyyatı müdafiə edən bir ölkənin məşğul olması, inanılmazdır" — deyə rus ekspert bildirib.

Bəs ABŞ-dan fərqli olaraq, Çinlə ticarət məsələlərində daha çox əməkdaşlıq edən Azərbaycan kimi ölkələrə bu proseslər necə təsir edəcək?

Şatrov hesab edir ki, Azərbaycan Çin üçün zamanla Amerika bazarını əvəz edəcək ölkələrdən biridir. Sual isə başqadır: Azərbaycanın Çin məhsullarını almaq üçün lazımi tələbatı və alıcılıq qabiliyyəti kifayət edəcəkmi? Nəticədə, bu malların keyfiyyəti uzun müddət qınağa səbəb olub və buna baxmayaraq, dolayısı ilə onların qiyməti artmaqdadır. 

Ümumiyyətlə isə ekspertlər hesab edirlər ki, Çinlə ABŞ arasında baş verən ticarət gərginliyi bütün dünyanın ticarət sektoruna öz mənfi təsirini göstərəcək. ABŞ dünya bazarlarını bürüməkdə olan Çin mallarının axınının qarşısını kəsə bilməyəcək. Üstəlik, ABŞ-ın bu malları dünya bazarına Çin kimi ucuz qiymətə təklif etmək imkanı və arzusu olmadığından, yenə də dünyanın Çin istehsalına tələbatı böyük olacaq. Sadəcə bu ticarət oyunları onunla nəticələnəcək ki, baş verənlər Çin mallarının keyfiyyətinin deyil, məhz qiymətlərinin artmasına gətirib çıxaracaq.

Azərbaycan bazarı isə artıq çoxdandır Çin malları ilə dolub-daşır. Hələ ki, Azərbaycan alıcısının Çin mallarını almaq qabiliyyəti var. Lakin azərbaycanlıların əsl "toyu" keyfiyyətsiz Çin mallarını indikindən xeyli baha qiymətə almağa başlayanda olacaq. Odur ki, hökumət qabaqcadan müvafiq tədbirlərini görməli, Çin tərəfi ilə danışıqlar apararaq idxal məhsullarına tətbiq olunan gömrük vergilərini və s. artırmamağa çalışmalıdır.

Əlaqədar

Çin istehsalı alt paltarı alan qadın xəstəxanalıq oldu
Çin ABŞ-a meydan oxudu - müharibəyə hazırıq
Çin lideri İlham Əliyevi təbrik etdi
Çin yeməyindən zəhərləndi, nəticədə uşaq doğdu

Əsas mövzular