20:42 18 İyul 2018
Canlı yayım
  • RUB0.0271
  • USD1.7000
  • EUR1.9794
Dollar

Azərbaycanda dollara böyük tələbat yaranıb

CC0 / Brett_Hondow / Banknotes
İQTİSADİYYAT
Qısa URL
450 0 0

ARDNF tərəfindən mart ayı ərzində 647 milyon ABŞ dolları məbləğində vəsait satılıb

BAKI, 5 aprel — Sputnik. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin mart ayı ərzində 647 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu barədə Sputnik Azərbaycan-a ARDNF-dən məlumat verilib.

Fond tərəfindən 2018-ci ilin yanvar ayında 299,1 milyon ABŞ dolları məbləğində, fevral ayı ərzində isə 364,1 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, mart ayında vəsait satışı fevral ayı ilə müqayisədə 1,8 dəfə, yanvar ayı ilə müqayisədə isə 2,2 dəfə artıb.

2018-ci ilin birinci rübü ərzində isə ARDNF tərəfindən satılmış valyutanın həcmi 1 milyard 310,2 milyon ABŞ dolları təşkil edir.

Qeyd edək ki, həftədə 2 dəfə Dövlət Neft Fondunun iştirakı ilə Mərkəzi Bankda valyuta həracı keçirilir.

Əlaqədar

Neftin qiyməti 70 dollara çatdı
Dolların 7 günlük məzənnəsi açıqlandı
Dollar 3 gün bu qiymətə satılacaq
Teqlər:
milyon, vəsait, dollar, ARDNF, Azərbaycan Respublikası Dövlət Neft Fondu

Əsas mövzular