18:19 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
1702 0 0

"Aznar" QSC-nin ləğv edilməsi barədə qərar qəbul olunub

BAKI, 22 sentyabr — Sputnik. Oktyabrın 25-də "Aznar" QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, iclasın gündəliyinə "Aznar" QSC-nin ləğv edilməsi, ləğvetmə komissiyasının təyin edilməsi və ləğvetmə ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi kimi məsələlər daxildir.

"Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar növbədənkənar ümumi yığıncağın çağırılmasına 15 gün qalmış gündəliyə daxil olan məsələlər üzrə müvafiq materiallarla Teymur Əhmədov adına "Aznar" QSC-nin inzibati binasında tanış olmaq hüququna malikdirlər", — deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, şirkətin təsisçi və majoritar səhmdarı milyarder Fərhad Əhmədovdur. Həmçinin F. Əhmədov 2012-ci ildən "Aznar" Direktorlar Şurasının sədridir.

Əlaqədar

Azərbaycanda məşhur şirkət yanır - VİDEO
Şaban: “Xarici şirkətlər “Əsrin müqaviləsi”nin uzadılmasında israr edirdilər”
"Akkord" şirkəti ləğv olundu
Şirkətdə faciə: prokurorluq hərəkətə keçdi
Şirkət rəhbəri qanunsuz ağac kəsdiyinə görə həbs edildi
Teqlər:
Fərhad Əhmədov, Teymur Əhmədov, səhmdar, "Aznar" QSC

Əsas mövzular