20:41 09 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8796
Пересчитывание денег. Архивное фото

Dollar üzüyuxarı sürət götürdü

© AFP 2019 / WAKIL KOHSAR
İQTİSADİYYAT
Qısa URL
5387 0 0

Dolların ən aşağı satışı qiyməti 1.70 manata yaxınlaşıb

BAKI, 14 iyul — Sputnik. İyulun 11-də Mərkəzi Bankda keçirilmiş valyuta hərracında manatın orta çəkili məzənnəsi 1.7022 manatdan 1.7020 manata düşsə də, dünən hərracda məzənnə yenidən 1.7022 manata qalxdı. Qeyri-rəsmi məlumata görə, hərracda bankların dollara tələbi artıb.

Sputnik Azərbaycan “Marja”ya istinadən xəbər verir ki, bu gün banklarda da dolların alış və satış qiymətlərinin qalxdığı müşahidə olunur. Məsələn, dolların alış qiymətini “Turan Bank” 1.6960 manatdan 1.6970 manata, “Yapı Kredi Bank Azərbaycan” isə 1.6965 manatdan 1.6970 manata qaldırıb.

Dolların alışını “Günay Bank” 1.6950 manatdan 1.6960 manata, “Bank of Baku” 1.6920 manatdan 1.6930 manata, Bank Avrasiya 1.6940 manatdan 1.6950 manata  qaldırıb.

Dolların ən aşağı satışı qiyməti də 1.70 manata yaxınlaşıb. Təkcə  “AzərTürkBank” və PAŞA Bank dolları 1.6990 manata satırlar. Digər banklar satış qiymətini qaldırıblar.

Bu gün Kapital Bank dolların satış qiymətini 1.6990 manatdan 1.70 manata, NikoilBank satışı 1.6990 manatdan 1.7010 manata qaldırıb. Banklar dolları 1.71 manata qədər qiymətlər ilə satırlar.

Əlaqədar

Dollar getdikcə möhkəmlənir
Kritik açıqlama: dollar bazardan yığılacaq
Dolların məzənnəsi sabit qalıb
Dollarla bağlı yeni qərar
27 milyard dollarını xeyriyyəyə yönəldən zəngin
Teqlər:
məzənnə, banklar, manat, dollar, hərrac

Əsas mövzular