15:44 15 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
Пересчитывание денег. Архивное фото

Banklarda dollarla bağlı nə baş verir?

© AFP 2018 / WAKIL KOHSAR
İQTİSADİYYAT
Qısa URL
290 0 0

Mərkəzi Bankın (MB) mayın 11-də açıqladığı məlumata əsasən bu gün USD/AZN rəsmi məzənnəsi 1,7025 səviyyəsində müəyyən olunub

BAKI, 12 may — Sputnik. Bu gün ölkənin bir neçə bankı valyutanın satış və alış qiymətlərinə dəyişiklik edib. Sputnik Azərbaycan Fins.az-a istinadən xəbər verir ki, səhər saatlarında banklarda dolların ən sərfəli alış məzənnəsi 1.6900 manata, ən sərfəli satışı 1.6950 manata bərabərdir. Qeyd edək ki, dünən bu göstəricilər müvafiq olaraq 1.6850 və 1.6950 manat təşkil edib.

Araşdırmaya əsasən, dünən axşam saatları ilə müqayisədə “Yapı Kredi Bank Azərbaycan” dolların alışını 1.6870 manatdan 1.6860 manatadək, satışını 1.7050 manatdan 1.6950 manatadək ucuzlaşdırıb.

“Bank Avrasiya” hər iki məzənnəni bahalaşdırıb: alışı 1.6700 manatdan 1.6900 manatadək, satışı 1.7050 manatdan 1.7150 manatadək.

“VTB Bank Azərbaycan” ABŞ valyutasının alış qiymətini ucuzlaşdırıb, satışını bahalaşdırıb: alış 1.6800 manatdan 1.6700 manatadək, satış 1.7080 manatdan 1.7100 manatadək. “Atabank” və “Azər-Türk Bank” dolların yalnız alış qiymətini bahalaşdırıb.

“Atabank” 1.6700 manatdan 1.6800 manatadək, “Azər-Türk Bank” 1.6550 manatdan 1.6600 manatadək. “Dəmirbank” isə dolların yalnız satış qiymətini bahalaşdırıb: 1.6550 manatdan 1.6600 manatadək.

Xatırladaq ki, Mərkəzi Bankın (MB) mayın 11-də açıqladığı məlumata əsasən bu gün USD/AZN rəsmi məzənnəsi 1,7025 səviyyəsində müəyyən olunub.

Əlaqədar

Bir gündə 500 min dollar qazandıq
Dollar bu qiymətə olacaq
Dollardan geriyə doğru addım
Dollar bir gecədə bahalaşdı
Dollar qeyri-rəsmi səviyyədə bahalaşır
Dollardan ard-arda yüksəliş
Teqlər:
dollar bahalaşır, Mərkəzi Bank, manat

Əsas mövzular