01:16 22 Oktyabr 2017
Canlı yayım
100 manatlıq əskinazlar

Azərbaycan gələn il borcundan bu qədərini ödəyəcək

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
2301

Gələn il daxili dövlət borcu üzrə 61 mln. 163,4 min manat məbləğində ödəniş olunacaq ki, bunun da 40 mln. 158,416 min manatı faiz ödənişlərinin, 21 mln. 4,984 min manatı əsas borc üzrə ödənişlərin payına düşür.

BAKI, 27 dek — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev 2017-ci ildə dövlət daxili və xarici borcları üzrə ödəniş məbləğlərinin təsdiqləyib.

Gələn il daxili dövlət borcu üzrə 61 mln. 163,4 min manat məbləğində ödəniş olunacaq ki, bunun da 40 mln. 158,416 min manatı faiz ödənişlərinin, 21 mln. 4,984 min manatı əsas borc üzrə ödənişlərin payına düşür.

Xarici dövlət borcuna gəlincə, bu maddə üzrə növbəti ildə 1 mlrd. 580 mln. 636,323 min manat məbləğində ödəniş olunacaq. Bunun 1 mlrd. 238 mln. 826,967 min manatı əsas borc üzrə ödənişlər, 341 mln. 809,356 min manatı isə faiz ödənişləridir.

2017-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 mlrd. manat, xarici dövlət borclanmasının yuxarı həddi isə 500 mln. manat səviyyəsində təsdiqlənib.

İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 10 mlrd. manat məbləğində təsdiq olunub.

Əsas mövzular