Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan "Əsrin müqaviləsi"ndən 150 milyard dollardan çox pul qazanıb

© lib.aliyev-heritage.org"Əsrin müqaviləsi"nin imzalanması - 1994-cü il 20 sentyabr
Əsrin müqaviləsinin imzalanması - 1994-cü il 20 sentyabr - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda bu qədər vəsaitin 23 faizi DNF-nin aktivləri kimi dünya maliyyə və əmlak bazarlarında yerləşdirilib

BAKI, 20 sen — Sputnik. Bu gün 22 il bundan əvvəl "Azəri", "Çıraq", "Günəşli" yataqlarının istismarı məqsədilə xarici şirkətlərlə Azərbaycan höküməti arasında imzalanmış ilk və son böyük hasilatın pay bölgüsü sazişinin ildönümüdür. Ötən 22 ilə nəzər salanda, bu sazişdən Azərbaycanın nə əldə etdiyinə baxanda, ilk növbədə göz önünə neft dollarları gəlir. Neft dollarları sırasında önə karbohidrogen resurslarının (neft, qaz, kondensat) birbaşa satışından əldə etdiyimiz valyuta gəlirləri çıxır.

Günəşli platformasında yanğının söndürülməsi - Sputnik Azərbaycan
HADİSƏ
“Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş yanğın tamamilə söndürülüb

Dövlət Neft Fondunun (DNF) ötən il üzrə hesabatından da görünür ki, 2001-2015-ci illərdə bu məhsulların ixracatından Fonda 124,9 milyard dollar və yaxud son 15 ildə orta hesabla 6,6 milyard dollar gəlir daxil olub. Bu isə o deməkdir ki, DNF son 15 ildə neftdən hər gün 18 min 265 dollar, hər ay isə 555 milyon 555 min dollar vəsait qazanıb. Bu, yalnız DNF-nin birbaşa qazancıdır.

Bundan əlavə, 2010-2015-ci illərdə Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə etdiyi gəlir 2,4 milyard manat təşkil edir. Bununla yanaşı, 2006-2015-ci illərdə ARDNŞ və BP hərəsi 12 milyard manata qədər dövlət büdcəsinə neft gəlirləri ödəyib.

Beləliklə, Azəri-Çıraq-Günəşli yatağının istismarından Azərbaycan dövləti 150 milyard dollardan çox qazanıb. Hal-hazırda bu qədər vəsaitin 23 faizi, yəni 35 milyard dolları DNF-nin aktivləri kimi dünya maliyyə və əmlak bazarlarında yerləşdirilib.

1994-cü il sentyabrın 20-də Bakıdakı "Gülüstan" sarayında öz müstəsna əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adını almış müqavilə bağlandı. Dənizin dərinliyində yerləşən "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edilmişdi. "Əsrin müqaviləsi"ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, bp, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdı.

"Əsrin müqaviləsi" imzalanandan sonra onun iştirakçıları işçi strukturlar — Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Həmin strukturlar hüquqi səlahiyyət qazandıqdan, yəni 1994-cü il dekabrın 2-də Azərbaycan Prezidenti xüsusi Fərman imzalayandan sonra fəaliyyətə başladılar. 1994-cü il dekabrın 12-də Milli Məclis "Əsrin müqaviləsi"ni ratifikasiya etdi.

Xəbər lenti
0