01:45 20 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Bolqarıstanın baş naziri Boyko Borisov

Bolqarıstandan Azərbaycana təklif

© Photo : APA IA
İQTİSADİYYAT
Qısa URL
19 0 0

Boyko Borisov: "Biz ölkəmizə qaz nəql etmək istəyən hər bir tərəflə danışıqlar aparmağa hazırıq. Bu cür layihələr Bolqarıstandan yan keçə bilməz"

BAKI, 5 sen — Sputnik. "Balkan" qazpaylayıcı mərkəzi üçün nəzərdə tutulmuş Rusiya qazının nəqli ilə bağlı danışıqların aparılması üçün Rusiya-Bolqarıstan-Avropa İttifaqı üçtərəfli görüşünün keçirilməsi vacibdir. "APA-Economics" xəbər verir ki, bu barədə Bolqarıstanın baş naziri Boyko Borisov bildirib.

"Biz ölkəmizə qaz nəql etmək istəyən hər bir tərəflə danışıqlar aparmağa hazırıq. Bu cür layihələr Bolqarıstandan yan keçə bilməz. Biz regional enerji mərkəzinə çevrilmək niyyətindəyik və bu şansı qaçırmayacağıq. Biz "Cənub axını" layihəsindən Ukrayna münaqişəsi səbəbindən imtina etdik və nə itirdiyimizi gözəl anlayırdıq. İndi isə biz üçtərəfli formatda danışıqlara hazırıq", — Borisov qeyd edib.

Onun sözlərinə görə, üçtərəfli formatda iştirak edən tərəflərdən ikisi Bolqarıstan və Avropa İttifaqıdır: "Üçüncü tərəf isə Azərbaycan, Rusiya və Türkmənistan ola bilər. Hər şey onların istəyindən asılıdır. Bolqarıstan layihənin uzunmüddətli olacağına zəmanət verir. Lakin Avropa İttifaqı da bir tərəf kimi öz zəmanətlərini verməlidir".

Əlaqədar

İrandan Rusiyaya sıxılmış maye qaz nəql edilib
Prezident: Yaxın gələcəkdə “Abşeron” layihəsi üzrə qaz istehsalının başlanması gözlənilir
Azərbaycan Rusiyadan qaz almaq istəyir
Azərbaycan prezidenti “Cənub Qaz Dəhlizi” ilə bağlı toplantıda iştirak edir
Gürcüstan qaz üçün yenə Azərbaycana müraciət etməli oldu
Teqlər:
Boyko Borisov, "Balkan" qazpaylayıcı mərkəzi, Bolqarıstan, Avropa İttifaqı, Rusiya, Azərbaycan

Əsas mövzular