BAKI, 18 iyul — Sputnik. Bu il iyulun 1-ə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2016-cı ilin əvvəlinə (33 574,1 mln. ABŞ dolları) nisbətən 4,6% artıb. Sputnik ARDNF-in rəsmi saytına istinadən xəbər verir ki, Fondun aktivləri 35 117,9 mln. ABŞ dollarına bərabər olub.