10:47 23 Fevral 2018
Canlı yayım
Şahmar Mövsümov, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru

Şahmar Mövsümov Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüşüb

© Foto: REPORT IA
İQTİSADİYYAT
Qısa URL
1101

Görüş zamanı ölkədə makroiqtisadi vəziyyət, ARDNF-nin 2016-cı il üzrə fəaliyyətinin nəticələri, Azərbaycanla BVF arasında əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparılıb.

BAKI, 20 may — Sputnik. Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümovla Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti arasında görüş keçirilib.

ARDNF-dən verilən məlumata görə, görüş zamanı ölkədə makroiqtisadi vəziyyət, fiskal siyasət, maliyyə  və bank sektorlarındakı yeniliklər, ARDNF-nin 2016-cı il üzrə fəaliyyətinin nəticələri, Hökumət tərəfindən həyata keçirilən islahatlar, məzənnə siyasəti, Azərbaycanla BVF arasında əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparılıb.  

Əsas mövzular