04:41 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
BP şirkəti

Dünya nəhəngi Azərbaycanda da ixtisarlara başlayır

© bp.com
İQTİSADİYYAT
Qısa URL
13130

Böhran BP-ni də qənaət rejiminə keçməyə vadar edib, şirkət ölkəmizdəki sosial layihələrlə bağlı xərcləri azaldacaq

BAKI, 5 fev — Sputnik. Britaniyanın neft-qaz nəhəngi olan BP Plc şirkətinin səhmdarlarının xalis itkiləri 2015-ci ilin nəticələrinə görə, $6,482 milyard təşkil edib. Bu isə əvvəlki illə müqayisədə 2 dəfə çoxdur. Daha əvvəl bu göstərici $3,78 mlrd. təşkil edirdi.

Sputnik 1prime.ru-ya istinadla xəbər verir ki, şirkətin hər bir aksiyası 35,39 dollar itirib. Əvvəlki ildə bu göstərici 20,42 dollar idi. İllik hasilat 37% aşağı düşüb ki, bundan da şirkət $225,982 mlrd. itirib.

IV kvartalda BP Plc-in xalis itkisi $3,3 mlrd. olub. Bu isə əvvəlki illə müqayisədə 25% çoxdur. Hər adi səhmin qiyməti $18,01-dir. Ötən il bu göstərici $24,18 idi. Ötən kvartalda hasilat 33% aşağı düşüb. Şirkətin xalis borcu ötən ilin dekabrında $27,2 mlrd-a qədər yüksəlib. Halbuki bir il əvvəl bu göstərici $22,6 mlrd idi. Britaniya BP-nin "Rosneft"ə olan borcu 2015-ci ilin IV kvartalında $235 mln. qiymətləndirilir.

IV kvartalda şirkətin neft hasilatı gündəlik 3,397 mln. barrel olub. Bu isə analoji dövrlə müqayisədə 5,6% çoxdur. 2015-ci ilin yekunlarına görə, şirkət gündəlik neft hasilatını 4%, 3,151 mln. barrelə qədər artırıb.

BP-Azərbaycanın rəsmi saytında verilən məlumata əsasən, 2015-ci ilin noyabr göstəricilərinə görə, ötən ilin birinci üç rübündə AÇG-də stabil hasilat davam edib. Doqquz ay ərzində AÇG-dən ümumi hasilat — Çıraq (54 000), Mərkəzi Azəri (156 000), Qərbi Azəri (110 000), Şərqi Azəri (72 000), Dərinsulu Günəşli (141 000) və Qərbi Çıraq (107 000) platformalarından birlikdə — gündə orta hesabla 640 000 barel və ya ümumilikdə 175 milyon barel, yəni 24 milyon ton təşkil edib.

BP-nin ümumilikdə səhmlərinin qiymətinin sürətlə aşağı düşməsi fonunda, BP Azərbaycanda hər hansı ixtisarlar, hasilatın aşağı salınması, sosial layihələrə ayrılan xərclərin azaldılması prosesi gözlənilirmi?

BP-nin Azərbaycanda İctimaiyyətlə Əlaqələr üzrə meneceri Tamam Bayatlı Sputnik-ə bildirib ki, şirkət indiki şəraitdə xərclərin aşağı salınması üçün bütün imkanları araşdırır: "Xərclərin aşağı salınmasına ona görə ehtiyac var ki, BP-nin maliyyə resursları azalmasın və rəqabət qabiliyyəti aşağı düşməsin. Şirkətin daxilində elə sahələr var ki, o sahələrdə fəaliyyətin səmərəliliyini, görüləcək işlərin effektivliyini artırmaq, həmçinin xərcləri azaltmaq üçün imkanlar götür-qoy edilir".

Tamam Bayatlı, bp Azərbaycanın ictimaiyyətlə əlaqələr üzrə meneceri
Tamam Bayatlı, bp Azərbaycanın ictimaiyyətlə əlaqələr üzrə meneceri

BP-nin qabaqcadan nəzərdə tutduğu strateji layihələrə gəlincə, Tamam Bayatlı deyib ki, onlar bu layihələri dayandırmaq və yaxud ona hər hansı dəyişiklik etmək niyyətində deyillər. Amma 3-cü tərəflərlə olan əməkdaşlıq məsələləri nəzərdən keçirilir: "BP-nin üçüncü tərəflərlə reallaşdırdığı layihələr var ki, onlar nəzərdən keçirilir. Ola bilər ki, xərcləri azaltmaq üçün onlardan bəzilərində dəyişikliklər edildi, bəziləri dayandırıldı".

"BP davamlı inkişafla bağlı layihələri dəstəkləyir, bəzi layihələrə sponsorluq edir. İndi vəziyyətlə bağlı məcburdur ki, bu layihələrlə bağlı xərcləri azaltsın, ya da onları dayandırsın", —BP təmsilçisi bildirib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sputnik-ə deyib ki, BP bu il hələ ki, heyətlə bağlı rəsmi açıqlama verməyib. Keçən il isə kifayət qədər ixtisarlar etmişdi. Ekspertin fikrincə, cari ildə ümumi vəziyyətlə bağlı neft hasilatı aşağı düşəcək. Amma bu, kapital axını ilə bağlı deyil.

İqtisadi ekspert İlham Şaban.
oxu.az
İlham Şaban

Ekspertin sözlərinə görə, 2016-cı ildə hasilatın azalması məsələsi 2010-cu ildə artıq proqnozlaşdırılmışdı: "Neftin intensiv hasilat dövrü başa çatıb artıq. Ona görə də, müqavilə əsasında hasilat azalmağa doğru gedir. 2015-ci ildə bu azalma tempi nisbətən aşağı düşdü, yəni onu qoruyub saxlaya bildilər. 2014-cü ildə hasilat orta hesabla 240 min barel olmuşdusa, 2015-ci ildə bu, 230 min barel oldu. Hasilatın cəmi 10 min barel azalmasını normal hesab etmək olar. Əvvəllər isə hasilatın azalması kəskin baş verirdi. Cari ildə bu, təqribən 20-25 min barel düşəcək. Səbəb odur ki, neft yatağı təqribən qocalır, həmişə gümrahlığını saxlamır. Onun gümrahlığını saxlamaq üçün orada daim quyu qazılmalıdır. Quyunun qazılması isə xərcdir".

"O xərci çoxaldanda, bu, Azərbaycanın və şirkətlərin mənfəətinə təsir göstərir. İndi neftin qiymətləri aşağıdır deyə, xərcləri də azaldırlar. Düzdür, hasilat da aşağı düşür, amma mənfəət bu tərəfdən qazanır. Sonradan neftin qiyməti artanda, xərcləri də artırırlar, o itirilmiş hasilatı bərpa edə bilirlər. Çünki neft orada qalır, itmir ki", — deyə İlham Şaban bildirib.

BP-nin sosial layihələri ixtisar etməsinə gəlincə, ekspert deyib ki, onsuz da BP-nin bu sahəyə ayırdığı məbləğ o qədər də çox deyildi və yəqin ki, bu il həmin məbləğ yarıbayarı azaldılacaq: "ARDNŞ ilə BP-ni müqayisə etsək, BP-nin sosial layihələrə çəkdiyi illik xərclər 4 milyon dollar idi. Amma 2013-cü ildə ARDNŞ-nin sosial layihələrə ayırdığı məbləğ 236 milyon manat təşkil edirdi. Onda 236 milyon manat təqribən 300 milyon dollar idi. Bu baxımdan, ARDNŞ ilə BP-nin sosial layihələrə ayırdığı xərclər arasında yerlə göy boyda fərq var".

İqtisadçı hesab edir ki, bundan sonra BP şirkəti o vəsaiti də Azərbaycanda azaldacaq: "İndi 4 milyonu 2 milyona endirəcək. Digər tərəfdən, ancaq o layihələrə üstünlük verəcək ki, bunu etmək məcburiyyətindədir. Məsələn, 2016-cı ildə Cənubi Qafqaz Boru kəmərinin genişləndirilməsi layihəsi var. Həmin borunun keçdiyi ərazilərdə yerləşən, sırf lazım bildiyi kəndlərdə icmalar üçün nəsə edə bilər. Amma başqa layihələr üçün heç nə olmayacaq".

Xatırladaq ki, BP — British Petroleum (Britaniyanln Dövlət Neft Şirkəti) 1909-cu ildə qurulub və dünyanın 6 ən iri neft-qaz korporasiyasından biridir.

Əlaqədar

BVF Azərbaycana böhrandan çıxmaq üçün yardım etməyə hazır olduğunu bildirib
Böhranla əlləşən şirkətlərimiz üçün ümid qapısı
Parlament toplanır: hansı anti-böhran qərarları veriləcək?
Azərbaycanda hansı dövlət şirkətləri özəlləşdiriləcək?
Yağın qiymətini qaldıran şirkətin rəhbəri saxlanılıb
ABŞ İrana qarşı sanksiya siyahısından 400-dək şirkət və fiziki şəxsi çıxarıb
Teqlər:
Tamam Bayatlı, neft şirkəti, BP-Azərbaycan, BP Plc, "Caspian Barrel" Neft Araşdırmaları Mərkəzi, ixtisar, İlham Şaban, Neft hasilatı

Əsas mövzular