11:14 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
113322

Politoloq: "Azərbaycanın yeganə çıxış yolu neftdən asılılıqdan yaxa qurtarmaqdır. Biz gərək bundan sonra iqtisadiyyatımızı xarici təsirlər üzərində qurmayaq. Neft erasının başa çatması bizə diqqətimizi qeyri-neft sektorunun inkişafı üzərində cəmləşdirməyi diqtə edir"

BAKI, 18 yan-Sputnik. "Neft erası son çatır. Biz inkişafımızı qeyri-neft sektorunun inkişafına bağlamalıyıq".

Bu sözləri neftin qiymətlərinin dünya bazarında aşağı düşməsi fonunda, Qazaxıstanın başladığı islahatların və Qərbin İrana qarşı sanksiyaları dayandırmasının Azərbaycana təsirlərini Sputnik-ə şərh edən, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

"Qazaxıstan da Azərbaycan kimi neft ixracatçısıdır. Hər iki ölkənin iqtisadiyyatlarının oxşar cəhətləri çoxdur. Neftin qiymətinin düşməsi Qazaxıstan iqtisadiyyatına da mənfi təsir edib. Ancaq Qazaxıstan Azərbaycandan fərqli olaraq neftin qiymətlərinin enməsinə daha erkən hazırlaşdı və özəlləşdiriləcək dövlət müəssisələrinin siyahısını açıqladı", —deyə politoloq bildirib.

E. Şahinoğlunun fikrincə, Azərbaycan Prezidentinin bugünkü müşavirədəki çıxışından aydın olur ki, ölkəmiz də xarici investorların iştirakı ilə geniş özəlləşdirməyə hazırlaşır. O hesab edir ki, İrana qarşı sanksiyaların ortadan qaldırılması neftin qiymətlərinə bir az daha mənfi təsir edəcək.

"Bu müstəvidə Azərbaycanın yeganə çıxış yolu neftdən asılılıqdan yaxa qurtarmaqdır. Biz gərək bundan sonra iqtisadiyyatımızı xarici təsirlər üzərində qurmayaq. Neft erasının başa çatması bizə diqqətimizi qeyri-neft sektorunun inkişafı üzərində cəmləşdirməyi diqtə edir. Hadisələrin inkişafı göstərir ki, biz məsuliyyətli bir dövrə qədəm basmışıq. Ağır olacaq, çətin illər bizi gözləyir, ancaq başqa alternativimiz də yoxdur", — deyə E.Şahinoğlu əlavə edib.

Əlaqədar

Neftin qiyməti son 12 ildə ilk dəfə 29 dollardan aşağı düşüb
Azərbaycan Dövlət Neft Fondu valyuta satışını bərpa edib
Neft uçurumun kənarında: Azərbaycan üçün bədbin proqnoz
"İş yerlərinin ixtisarı böhrandan çıxış yolu deyil"
Azərbaycan müxalifətinin anti-böhran təklifləri
Azərbaycanın böhran büdcəsində nələr olacaq?
Teqlər:
ixracat, sanksiya, qeyri-neft sektoru, krizis, böhran, neft

Əsas mövzular