17:15 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
İQTİSADİYYAT
Qısa URL
10610

Azərbaycanda ən geniş ATM şəbəkələrindən birinə sahib olan “Kapital Bank” ölkənin bütün regionlarını əhatə etməklə, bankomatların sayını 550-yə çatdırıb.

BAKI, 30 okt — Sputnik. Azərbaycanda ən geniş ATM şəbəkələrindən birinə sahib olan “Kapital Bank” ölkənin bütün regionlarını əhatə etməklə, bankomatların sayını 550-yə çatdırıb.

Bankdan verilən xəbərə görə, “Kapital Bank” müştərilərin istəyini nəzərə alaraq, bir sıra rayon və şəhərlərdə bankomatlarının sayını artırıb. Belə ki, Bakı, Gəncə və Şəki şəhərlərində, həmçinin, Abşeron rayonunun Digah qəsəbəsində, Beyləqan rayonunun Əhmədli və Dünyamalılar, Füzuli rayonunun Böyük Bəhmənli, İmişli rayonun isə Sarxanlı kəndlərində əlavə yeni bankomatlar quraşdırılıb. Bütün bankomatlarda “Cash by Code” xidmətindən faydalanmaq  mümkündür. “Cash by Code” xidməti  bank kartından istifadə etməklə, nağd pul vəsaitlərinin bank kartı olmayan şəxslərə bankomat vasitəsi ilə köçürmək imkanı yaradır.

“Kapital Bank” plastik kartlarının sahibləri isə bankomatlar vasitəsilə həm də kommunal xərcləri və mobil operatorların xidmətinə görə ödənişi həyata keçirə bilərlər. Bakı şəhəri ərazisindəki mövcud bankomatların bəziləri isə yeniləri ilə əvəz olunub. Quraşdırılan ATM-lər çoxfunksionallığı ilə fərqlənir. Müasir texniki imkanlara malik həmin bankomatlar mini-klaviatura ilə yanaşı sensorlu ekranla da təchiz edilib.

Bundan əlavə, "Kapital Bank” “Cash-in” funksiyalı ATM-lərin də sayını artırıb. Bu xidmət standart əməliyyatlardan başqa Kapital Bankın plastik kart sahiblərinə banka gəlmədən, günün istənilən vaxtında “Cash-in” tipli bankomatlar vasitəsi ilə  kart hesablarına nağd pul vəsaitini mədaxil etmək imkanı verir. “Cash in” tipli bankomatların siyahısı və ünvanı ilə kapitalbank.az internet səhifəsində  tanış olmaq olar.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. “Kapital Bank”ın müştəriləri kredit ödənişlərini “e-pul.az”, “kassam.az”, “hesab.az” portalları ilə yanaşı “eManat” və “MilliÖn” terminallarında, habelə “Kapital Bank”ın filiallarında və pay.kapitalbank.az  saytında  həyata keçirə bilərlər.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli sorğu mərkəzinə və bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Əsas mövzular