CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Altmış iki il sonra dahi Uzeyir Hacıbəylinin “Koroğlu” operası yenidən lentə alındı

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidОтснятая кинопленка, фото из архива
Отснятая кинопленка, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.09.2021
Abunə olmaq
Operanın fond yazılışının dirijoru Əməkdar artist Əyyub Quliyev, səs rejissoru Əməkdar mədəniyyət işçisi Faiq Babayev, baş rollarda Əməkdar artistlər Ramil Qasımov,
BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operası yenidən lentə alındı. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanın məşhur vokal ifaçısı, Əməkdar artist Ramil Qasımovun təşəbbüsü ilə lentə alınmış Uzeyir Hacıbəylinin məşhur “Koroğlu” operası artıq bütün musiqi platformalarında yer alıb.
Operanın fond yazılışının dirijoru Əməkdar artist Əyyub Quliyev, səs rejissoru Əməkdar mədəniyyət işçisi Faiq Babayevdir, əsas partiyaları Əməkdar artistlər Ramil Qasımov, İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Tural Ağasiyev, Xalq artisti Əli ƏsgərovTaleh Yəhyəyev ifa ediblər.
R.Qasımov deyir ki, yaradıcı heyətlə belə qərara gəliblər ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri, xoru və solistləri ilə bu operanı lentə alsınlar: "Düşünürəm ki, bu opera hüdudlarımızdan kənarda Azərbaycan klassik musiqisini sevərlərə Üzeyir bəyin əziz xatirəsinə Milli Musiqi günündə bir töhfə olacaq".
Qeyd edək ki, Azərbaycan klassik opera janrının şah əsəri olan “Koroğlu” operası böyük tarixi bir yol keçib. Üzeyir bəyin “Koroğlu” operası müxtəlif illərdə müxtəlif ifaçılar tərəfindən özünəməxsus formada ifa edilib. “Koroğlu” operası sonuncu dəfə 1959-ci ildə böyük Maestro Niyazinin rəhbərliyi altında lentə alınıb.
Qeyd edək ki, bu gün Milli Musiqi Günü olmaqla yanaşı, Üzeyir Hacıbəylinin doğum günüdür.
Eləcə də oxuyun:
Kosmosda da səslənir: Azərbaycanın ən gözəl musiqi parçalarından seçmələr
Xalq artisti: “Üzeyir Hacıbəyovu hər zaman “Şərqin Motsartı” adlandırmışam”
Heykəli güllələnib satışa çıxarılan dahimiz: bu günümüz adıyla yaşayır
Xəbər lenti
0