https://sputnik.az/20210913/Lerikin-ucqar-kndind-kiln-uaq-filmi-beynlxalq-festivalda-itirak-edck-427909303.html
Lerikin ucqar kəndində çəkilən uşaq filmi beynəlxalq festivalda iştirak edəcək
Lerikin ucqar kəndində çəkilən uşaq filmi beynəlxalq festivalda iştirak edəcək
Sputnik Azərbaycan
Bir çox festivallarda iştirak edən ekran işi ötən ilin oktyabr ayında Moskvada təşkil olunan VIII Beynəlxalq Etnoqrafik Kino Festivalında mükafat qazanıb. 13.09.2021, Sputnik Azərbaycan
2021-09-13T15:30+0400
2021-09-13T15:30+0400
2021-11-17T00:04+0400
xəbərlər
cəmiyyət
mədəniyyət
film
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42231/42/422314218_0:321:3071:2048_1920x0_80_0_0_3044d96da5518e68543b59872c94ab82.jpg
BAKI, 13 sentyabr — Sputnik. Sentyabrın 19-dan 24-dək Rusiyanın Samara şəhərində XXVI Beynəlxalq "Uşaqlar üçün kino" festivalı keçiriləcək. Norveç, İsveç, İtaliya, Koreya Respublikası, Belarus və s. ölkələrdən kinematoqrafçılarının iştirak etdiyi festivalda Azərbaycan da təmsil olunacaq.Bu festivalda ölkəmizi rejissor Tahir Tahiroviçin "Qırmızı" filmi təmsil edəcək. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən rejissorun sözlərinə görə, film 2020-ci ildə Lerik rayonunun ucqar bir kəndində lentə alınıb: "Film uzaq bir dağ kəndində yaşayan məktəbli qızdan bəhs edir. Səbinə adlı qızın yeganə arzusu kəndin palçıqlı yollarında təzə qırmızı ayaqqabısını geyinməkdir. Ancaq qırmızı ayaqqabı geyinmək ona qismət olmur. Şəhər həyatına, asfalt yollara öyrəşən tamaşaçının gözü fərqli bir mənzərə görəcək. Həmin filmdə rol alan qız da o kəndin sakinidir".Qeyd edək ki, bir çox festivallarda iştirak edən ekran işi ötən ilin oktyabr ayında Moskvada təşkil olunan VIII Beynəlxalq Etnoqrafik Kino Festivalında mükafat qazanıb.Qısametrajlı bədii filmin ssenari müəllifi Sevda Sultanova, operatoru Əminə Həsənlidir.Həmçinin oxuyun:Minimal bal toplaya bilməyən tələbə, sənətin dəyərini necə anlayacaq? - Rejissordan etiraz
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42231/42/422314218_174:0:2905:2048_1920x0_80_0_0_fef0ec9c7ed43d45012f2be929452355.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, film, azərbaycan
xəbərlər, film, azərbaycan
Lerikin ucqar kəndində çəkilən uşaq filmi beynəlxalq festivalda iştirak edəcək
15:30 13.09.2021 (Yenilənib: 00:04 17.11.2021) Bir çox festivallarda iştirak edən ekran işi ötən ilin oktyabr ayında Moskvada təşkil olunan VIII Beynəlxalq Etnoqrafik Kino Festivalında mükafat qazanıb.
BAKI, 13 sentyabr — Sputnik. Sentyabrın 19-dan 24-dək Rusiyanın Samara şəhərində XXVI Beynəlxalq "Uşaqlar üçün kino" festivalı keçiriləcək. Norveç, İsveç, İtaliya, Koreya Respublikası, Belarus və s. ölkələrdən kinematoqrafçılarının iştirak etdiyi festivalda Azərbaycan da təmsil olunacaq.
Bu festivalda ölkəmizi rejissor Tahir Tahiroviçin "Qırmızı" filmi təmsil edəcək. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən rejissorun sözlərinə görə, film 2020-ci ildə Lerik rayonunun ucqar bir kəndində lentə alınıb: "Film uzaq bir dağ kəndində yaşayan məktəbli qızdan bəhs edir. Səbinə adlı qızın yeganə arzusu kəndin palçıqlı yollarında təzə qırmızı ayaqqabısını geyinməkdir. Ancaq qırmızı ayaqqabı geyinmək ona qismət olmur. Şəhər həyatına, asfalt yollara öyrəşən tamaşaçının gözü fərqli bir mənzərə görəcək. Həmin filmdə rol alan qız da o kəndin sakinidir".
Qeyd edək ki, bir çox festivallarda iştirak edən ekran işi ötən ilin oktyabr ayında Moskvada təşkil olunan VIII Beynəlxalq Etnoqrafik Kino Festivalında mükafat qazanıb.
Qısametrajlı bədii filmin ssenari müəllifi Sevda Sultanova, operatoru Əminə Həsənlidir.