https://sputnik.az/20210910/Azrbaycan-filmi-dnya-premyerasna-hazrlar-427894068.html
Azərbaycan filmi dünya premyerasına hazırlaşır
Azərbaycan filmi dünya premyerasına hazırlaşır
Sputnik Azərbaycan
Filmin baş prodüseri İlqar Nəcəf, prodüserləri Orman Əliyev və Ayhan Salar, rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, Roelof Jan Minneboo və... 10.09.2021, Sputnik Azərbaycan
2021-09-10T19:36+0400
2021-09-10T19:36+0400
2021-11-17T00:04+0400
xəbərlər
mədəniyyət
cəmiyyət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0a/427894025_217:0:1284:600_1920x0_80_0_0_b085a52ce5a5c733a99b5536617439f7.jpg
BAKI, 10 sentyabr — Sputnik. Bakı Media Mərkəzi, "Butafilm", "Arizona Productions" (Fransa) və "Salarfilm"in (Almaniya) birgə istehsalı olan "Suğra və oğulları" bədii filmi A kateqoriyalı Busan Beynəlxalq Film Festivalının müsabiqə bölməsinə seçilib. Kinorejissor İlqar Nəcəfin "Suğra və oğulları" filmi Festivalın "Kim Jiseok" adına mükafatı uğrunda yarışacaq."Azərbaycanfilm" Kinostudiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, filmdə 2-ci dünya müharibəsi dövrü Azərbaycanda, arxa cəbhədə, kənddə yaşayan insanların taleyindən bəhs olunur. Filmin əksər çəkilişləri Daşkəsən rayonunun Suqovuşan kəndində aparılıb. Ssenari müəlliflərindən biri və rejissoru İlqar Nəcəf olan "Suğra və oğulları" filminin yaradıcı heyəti arasında avropalı mütəxəssislər də yer alıb.Filmin baş prodüseri İlqar Nəcəf, prodüserləri Orman Əliyev və Ayhan Salar, rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, Roelof Jan Minneboo və İlqar Nəcəfdir. Filmin təsvir rejissoru Ayhan Salardır.Maraqlı sujet xətti olan filmdə Suğra iki oğlu ilə birgə dağ kəndində yaşayır. Onun əri Böyük Vətən müharibəsində döyüşlərdə iştirak edir . Suğra uzun müddətdir ərindən xəbər ala bilmir, bu ərəfədə isə onun böyük oğluna da çağırış vərəqi gəlir. Ərindən sonra oğlunu da itirəcəyindən narahat olan Suğra tərəddüd edir və sonda böyük oğlunu dağlarda gizlənən qaçaqların yanına göndərir. Bundan sonra, o, hakimiyyətin yerli nümayəndəsinin timsalında müharibə və imperializmin ağır əziyyətləri ilə üz-üzə qalır. Sevgi və nifrətlə dolu həyat onu gözləyir.Filmdə tanınmış aktyorlar Qurban İsmayılov, Günəş Mehdizadə, Xalidə Quliyeva, İlqar Cahangir, Rasim Cəfər, Aydan Həsənzadə ilə yanaşı, ilk debütünü edən Hümbət Əhmədzadə, Paşa Məmmədli kimi gənc aktyorlar da rol alıblar. Bu gənclər Daşkəsən rayonunun sakinləridir. Çəkilişlər zamanı bir sıra epizodlarda rayonun Suqovuşan kəndinin sakinləri də iştirak edib. 2-ci dünya müharibəsi dövrünün bütün keşməkeşlərini özündə cəmləşdirən filmin bu il geniş auditoriyaya təqdim olunması ilə yanaşı beynəlxalq festivallarda da Azərbaycanı təmsil etməsi gözlənilir.Qeyd edək ki, 26-cı Busan Beynəlxalq Film Festivalı 6-15 oktyabr 2021-ci il tarixlərində Koreyanın Busan şəhərində keçiriləcək. "Suğra və oğulları" festivalın "Kim Jiseok" adına əsas mükafatı uğrunda yarışan 7 filmdən biridir. Festival zamanı Filmin Dünya premyerası baş tutacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0a/427894025_350:0:1150:600_1920x0_80_0_0_efb87f4b602596f2aab074482b48d3ef.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan
Azərbaycan filmi dünya premyerasına hazırlaşır
19:36 10.09.2021 (Yenilənib: 00:04 17.11.2021) Filmin baş prodüseri İlqar Nəcəf, prodüserləri Orman Əliyev və Ayhan Salar, rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, Roelof Jan Minneboo və İlqar Nəcəfdir. Filmin təsvir rejissoru Ayhan Salardır.
BAKI, 10 sentyabr — Sputnik. Bakı Media Mərkəzi, "Butafilm", "Arizona Productions" (Fransa) və "Salarfilm"in (Almaniya) birgə istehsalı olan "Suğra və oğulları" bədii filmi A kateqoriyalı Busan Beynəlxalq Film Festivalının müsabiqə bölməsinə seçilib. Kinorejissor İlqar Nəcəfin "Suğra və oğulları" filmi Festivalın "Kim Jiseok" adına mükafatı uğrunda yarışacaq.
"Azərbaycanfilm" Kinostudiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, filmdə 2-ci dünya müharibəsi dövrü Azərbaycanda, arxa cəbhədə, kənddə yaşayan insanların taleyindən bəhs olunur. Filmin əksər çəkilişləri Daşkəsən rayonunun Suqovuşan kəndində aparılıb. Ssenari müəlliflərindən biri və rejissoru İlqar Nəcəf olan "Suğra və oğulları" filminin yaradıcı heyəti arasında avropalı mütəxəssislər də yer alıb.
Filmin baş prodüseri İlqar Nəcəf, prodüserləri Orman Əliyev və Ayhan Salar, rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, Roelof Jan Minneboo və İlqar Nəcəfdir. Filmin təsvir rejissoru Ayhan Salardır.
Maraqlı sujet xətti olan filmdə Suğra iki oğlu ilə birgə dağ kəndində yaşayır. Onun əri Böyük Vətən müharibəsində döyüşlərdə iştirak edir . Suğra uzun müddətdir ərindən xəbər ala bilmir, bu ərəfədə isə onun böyük oğluna da çağırış vərəqi gəlir. Ərindən sonra oğlunu da itirəcəyindən narahat olan Suğra tərəddüd edir və sonda böyük oğlunu dağlarda gizlənən qaçaqların yanına göndərir. Bundan sonra, o, hakimiyyətin yerli nümayəndəsinin timsalında müharibə və imperializmin ağır əziyyətləri ilə üz-üzə qalır. Sevgi və nifrətlə dolu həyat onu gözləyir.
Filmdə tanınmış aktyorlar Qurban İsmayılov, Günəş Mehdizadə, Xalidə Quliyeva, İlqar Cahangir, Rasim Cəfər, Aydan Həsənzadə ilə yanaşı, ilk debütünü edən Hümbət Əhmədzadə, Paşa Məmmədli kimi gənc aktyorlar da rol alıblar. Bu gənclər Daşkəsən rayonunun sakinləridir. Çəkilişlər zamanı bir sıra epizodlarda rayonun Suqovuşan kəndinin sakinləri də iştirak edib. 2-ci dünya müharibəsi dövrünün bütün keşməkeşlərini özündə cəmləşdirən filmin bu il geniş auditoriyaya təqdim olunması ilə yanaşı beynəlxalq festivallarda da Azərbaycanı təmsil etməsi gözlənilir.
Qeyd edək ki, 26-cı Busan Beynəlxalq Film Festivalı 6-15 oktyabr 2021-ci il tarixlərində Koreyanın Busan şəhərində keçiriləcək. "Suğra və oğulları" festivalın "Kim Jiseok" adına əsas mükafatı uğrunda yarışan 7 filmdən biridir. Festival zamanı Filmin Dünya premyerası baş tutacaq.