CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan xalçaları Moskvada nümayiş olunacaq

© Sputnik / Murad OrujovВыставка ковров “Умелые руки, волшебные нити” в Баку
Выставка ковров “Умелые руки, волшебные нити” в Баку  - Sputnik Azərbaycan, 1920, 10.09.2021
Abunə olmaq
Xalçaların üzərində yerləşdirilən "QR" koda telefonun kamerasını yaxınlaşdıran zaman istifadəçinin ekranında xalça haqqında məlumat və fotolar əks olunan səhifə açılır.
BAKI, 10 sentyabr — Sputnik. "Azərxalça" ASC ilk dəfə Moskvada təşkil olunan beynəlxalq tekstil sərgisində iştirak edəcək. Sputnik Azərbaycan xəbər verir ki, 14-16 sentyabr tarixlərində Moskvada təşkil olunan beynəlxalq ev tekstili sərgisi "Heimtextil" də klassik Azərbaycan xalçaları ilə yanaşı, yeni dizayn üslubunda toxunan modern tərzli əsl əl xalçaları nümayiş olunacaq.
Sərgiyə gələnlər modern üslubda əl işi olan məhsullarla tanış ola, qədim Azərbaycan xalçaçılıq sənəti nümunələrini seyr edə bilərlər.
Xalçaların üzərində yerləşdirilən "QR" koda telefonun kamerasını yaxınlaşdıran zaman istifadəçinin ekranında xalça haqqında məlumat və fotolar əks olunan səhifə açılır.
Qeyd edək ki, "Azərxalça" ASC xalça və xalça məmulatlarının istehsalı, ixracı, ölkə daxili və xaricində satışı ilə yanaşı, yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və bu sahənin inkişafı ilə bağlı işləri də yerinə yetirir.
Xəbər lenti
0