Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Pompeydə freskanın bərpasında robotdan istifadə ediləcək

© AFP 2023 / ANDREAS SOLAROPompeydə freskaların restavrasiyası
Pompeydə freskaların restavrasiyası - Sputnik Azərbaycan, 1920, 10.09.2021
Abunə olmaq
Bundan sonra incəsənət nümunələrinin bərpası ilə robot məşğul olacaq. Həmin robot sənət əsərlərinin bərpası ilə məşğul olacaq. Sözügedən robot süni intellektlə təchiz olunub. Robot mexaniki əlləri hesabına xırda hissələri tanıyaraq lazımi ardıcıllıqla düzəcək.
BAKI, 9 sentyabr — Sputnik. Sentyabr ayından etibarən Pompeydə dağılmış freskaların bərpa işlərində robotdan istifadə edilməsinə başlanılıb.
Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Euro-pulse" saytı məlumat yayıb.
Eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində Pompey şəhərində freska və mozaikalar xeyli zədələnib və ya çoxsaylı xırda hissələrə parçalanıb. Onları əllə yığmaq mümkün olmadığından indiyədək muzeydə saxlanılıb.
Bundan sonra incəsənət nümunələrinin bərpası ilə robot məşğul olacaq. Həmin robot sənət əsərlərinin bərpası ilə məşğul olacaq. Sözügedən robot süni intellektlə təchiz olunub. Robot mexaniki əlləri hesabına xırda hissələri tanıyaraq lazımi ardıcıllıqla düzəcək.
Dağılmış binalardan birinin bərpasına 4 il sərf ediləcəyi bildirilir.
Məlumat üçün bildirək ki, Pompey qədim Roma şəhəridir. Neapol şəhərinin yaxınlığında yerləşir. Eramızın 79-cu ilində Vezuvinin güclü püskürməsi nəticəsində Pompey şəhəri sakinləri ilə birlikdə vulkan külünün və lavanın altında qalıb məhv olub. 1713-cü ildə təsadüfən bu şəhərin qalıqları aşkar edilib və arxeoloqlar tərəfindən şəhər, demək olar ki, qalın vulkan külündən tamamilə təmizlənib.
Zəhərli qaz və isti külün təsiri ilə məhv olmuş canlıların qalıqları indiyədək qalmaqdadır. Hazırda Pompey şəhəri açıq hava altında qədim dövrün muzeyinə çevrilib. Ölkənin cənub hissəsində yerləşən qədim Pompey şəhəri İtaliyanın ən çox turist qəbul edən üçüncü, dünyanın isə 48-ci şəhəridir. Buraya ildə 2,5 milyondan çox insan baş çəkir.
Xəbər lenti
0