CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qələbə hünəri" Respublika Yaradıcılıq Sərgisi keçiriləcək

© Sputnik / Murad OrujovBakıda parada hazırlıq
Bakıda parada hazırlıq - Sputnik Azərbaycan, 1920, 08.09.2021
Abunə olmaq
Sərgidə iştirak edəcək rəssamların siyahısı oktyabrın 15-də Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin rəsmi saytı və sosial media hesablarında paylaşılacaq.
BAKI, 8 sentyabr — Sputnik. Noyabrın 6-da Vətən Müharibəsində qələbənin ildönümünə həsr olunmuş "Qələbə hünəri" adlı Respublika Yaradıcılıq Sərgisi keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, sərgi rəssamların yaradıcılığında Azərbaycanın, xüsusən də işğaldan azad olunmuş ərazilərin təbiət gözəlliklərinin tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən Müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazanılmış möhtəşəm tarixi zəfərin təsviri sənət əsərlərində nümayişi məqsədilə gerçəkləşəcək. Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq sərgidə 18 yaşdan yuxarı yerli və xarici rəssamlar, heykəltəraşlar, qrafika və akvarel ustaları əsərləri ilə iştirak edə bilərlər.
Sərgidə iştirak etmək üçün işlərin fotoları qelebehuneri@gmail.com elektron ünvanına göndərilməlidir. Əsər göndərərkən işin keyfiyyətli fotosu çəkilməli (2-5MB), müəllifin ad və soyadı, işin adı, ölçü qeyd olunmalıdır. Sərgidə 100 əsər sərgilənəcək. Seçimdə profesionallıq, mövzu və ideya orjinallığı nəzərə alınacaq. Sərgidə tanınmış rəssamlarımızın mövzu ilə bağlı klassik əsərləri sərgilənəcək. İştirakçı sərgiyə ən çox 3 əsərini təqdim edə bilər, lakin seçim əsasında sərgidə yalnız bir əsər nümayiş olunacaq. Əsərlərin fotosunun göndərilməsinin son qəbul tarixi: 10 oktyabr 2021-ci il saat 18:00-dəkdir.
Sərgilənəcək əsərlər təşkilat komitəsinin formalaşdırdığı və adları qabaqcadan elan olunacaq münsiflər heyəti tərəfindən seçiləcək. Sərgidə iştirak edəcək rəssamların siyahısı oktyabrın 15-də Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin rəsmi saytı və sosial media hesablarında paylaşılacaq.
Seçilmiş əsərlər oktyabrın 30-a qədər Xətai Sənət Mərkəzinin 3-cü mərtəbəsindəki sərgi zalına təhvil verilməlidir. Nümayiş olunan əsərlərin müəllifləri sertifikatla təltif ediləcəklər. Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.
Həmçinin oxuyun:
Ermənilər İspaniyada Azərbaycan xalçaları nümayiş olunan muzeyə qarşı təxribat törədiblər
Xəbər lenti
0