Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda

© AP Photo / Petros GiannakourisКинопленка, фото из архива
Кинопленка, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.09.2021
Abunə olmaq
Festivalın tədbirlərində çətin həyat şəraitində olan uşaqlar üçün "Ümid artımı" proqramı xüsusi yer tutur.
BAKI, 7 sentyabr — Sputnik. 19-24 sentyabr 2021-ci il tarixlərində XXVI Samara Beynəlxalq "Kino-detyam"("Кино-детям") festivalı keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu dəfə tamaşaçıları geniş beynəlxalq proqramlar gözləyir. Belə ki, Norveç, İsveç, İtaliya, Koreya Respublikası kinematoqrafçılarının iştirak etdiyi festivalda Azərbaycan, Belarus və Ermənistan kinosu da təmsil olunacaq.
Azərbaycandan AKİ İdarə Heyətinin üzvü, rejissor Tahir Tahiroviç festivala "Qırmızı" filmi ilə qatılıb. Film uzaq bir dağ kəndində yaşayan məktəbli qızdan bəhs edir. Valideynləri ayrıldığına görə evdə tək qalan məktəbli qızın yeganə arzusu kəndin palçıqlı yollarında təzə qırmızı ayaqqabısını geyinməkdir.
Yeri gəlmişkən, 2020-ci ildə 25 illik yubileyini qeyd edən "Kino-detyam" ("Кино-детям") beynəlxalq kinofestivalı keçirildiyi 25 il ərzində təqribən 715 924 gənc tamaşaçı festival tədbirlərində iştirak edib. Fesatival boyunca film nümayişləri, yaradıcı görüşlər, premyeralar həyata keçirilib. Bu illər ərzində ABŞ, İtaliya, Böyük Britaniya, Fransa. Almaniya, Gürcüstan, Belarus Respublikası, Ukrayna və başqa ölkələrin filmləri nümayiş edilib.
Qeyd edək ki, festivalın tədbirlərində çətin həyat şəraitində olan uşaqlar üçün "Ümid artımı" proqramı xüsusi yer tutur. Proqram 2011-ci ildən Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və "Radost" xeyriyyə fondunun dəstəyi ilə keçirilir.
Xəbər lenti
0