Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycandan "Oscar" mükafatına təqdim olunacaq filmlərin qəbulu başlayıb

© AFP 2023 / ROBYN BECKСтатуя Оскара, фото из архива
Статуя Оскара, фото из архива  - Sputnik Azərbaycan, 1920, 07.09.2021
Abunə olmaq
Professor Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi və üzvlərin yeniləndiyi komissiyanın iclasında 2020 – 2021-ci illərdə xarici filmlər nominasiyası üzrə çəkilmiş filmlərin prodüserlər tərəfindən adı çəkilən komissiyaya 1 nüsxə DVD formatında təqdim olunması qərara alınıb.
BAKI, 7 sentyabr — Sputnik. Azərbaycandan  "Oscar" mükafatına təqdim olunacaq filmlərin qəbulu başlayıb. Bu barədə  Sputnik Azərbaycan-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından məlumat verilib.
Bildirilib ki, avqustun 30-da Azərbaycan filmlərinin Amerika Kino Akademiyasının “Oscar” mükafatına təqdimatı üzrə komissiyanın növbəti iclası keçirilib.
Professor Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi və üzvlərin yeniləndiyi komissiyanın iclasında 2020 – 2021-ci illərdə xarici filmlər nominasiyası üzrə çəkilmiş filmlərin prodüserlər tərəfindən adı çəkilən komissiyaya 1 nüsxə DVD formatında təqdim olunması qərara alınıb.
Qeyd edək ki, filmlər komissiyaya sentyabrın 20-dək təqdim olunmalıdır.
Xatırladaq ki, bundan öncə  2010-cu ildə İlqar Safatın ssenari müəllifi və rejissoru olduğu "Sahə" filmi Azərbaycandan 83-cü  "Oscar" mükafatının "Xarici dildə ən yaxşı filmə görə" nominasiyasına göndərilmişdi. Filmdə baş rolun ifaçısı Timur Oduşev 2010-cu ildə  "Oscar" mükafatının 32-ci "Hollivudun gənc istedadları" mükafatına (32nd Young Artist Awards) layiq görülmüşdü. Bundan başqa,  2017-ci ildə rejissor İlqar Nəcəfin "Nar bağı" filmi Azərbaycandan Xarici dildə ən yaxşı filmə görə "Oscar" mükafatına təqdim olunub.
Xəbər lenti
0