07:37 17 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
MƏDƏNİYYƏT
Qısa URL
11 0 0

Bütün çətinliklərə baxmayaraq, Bakı Caz Festivalı beynəlxalq səviyyədə qalır və dünyanın hər yerindən ən yaxşı musiqiçiləri öz qanadı altında toplayacaq yüksək standartlara malikdir.

BAKI, 7 sentyabr — Sputnik. 16-cı Beynəlxalq Bakı Caz Festivalı Azərbaycanın qəhrəman şəhidlərinin xatirəsinə, eləcə də çətin zamanların ağırlığı altında əyilməyən caz musiqisinin ruhuna həsr olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu il Bakı Caz Festivalı ənənəvi festivaldan klub formatında keçirilməsi ilə fərqlənəcək. Mövcud məhdudiyyətlər Bakı caz həvəskarlarını az sayda oturacaqlı yeraltı klublarda toplayacaq.

Bütün çətinliklərə baxmayaraq, Bakı Caz Festivalı beynəlxalq səviyyədə qalır və dünyanın hər yerindən ən yaxşı musiqiçiləri öz qanadı altında toplayacaq yüksək standartlara malikdir. Festivala Hollandiya, Macarıstan, Türkiyə, Rusiya, İsrail, Almaniya, Lüksemburq və Gürcüstandan qruplar qatılacaq. Tədbirdə xarici həmkarları ilə birlikdə azərbaycanlı cazmenlər - Əməkdar artistlər Rain Sultanov, İsfar Sarabski, Şahin Növrəsli, musiqiçilər Elbəy Məmmədzadə, Elvin Bəşirov, Diana Hacıyeva, Əfqan Rəsul və Nicat Aslanov çıxış edəcəklər.

Bakı Caz Festivalı həm də ənənəvi olaraq keçirilən və artıq istedadlı musiqiçilər nəslini yetişdirən gənc caz ifaçılarının yarışmasıdır.

Sentyabrın 10-da “Jazz & Art” çərçivəsində azərbaycanlı rəssamlar Hüseyn Haqverdiyev, Bəhram Xəlilov, Rüstəm Hüseynov, Arif Quluzadə tərk edilmiş məkanı dəyişdirəcək və onu təzə caz improvizasiyası kimi yeni məna və ruhla dolduraraq, yeni şəkildə təqdim edəcəklər.

11-12 sentyabr tarixlərində Art Tower-də caz-kino proqramı çərçivəsində keçən əsrin film-əfsanələri nümayiş etdiriləcək. Filmlər orijinal dillərində nümayiş olunur. Film tənqidçisi Ülvi Mehdi caz və kino bilicilərini audiovizual harmoniyanın təntənəli atmosferinə dalmağa dəvət edir.

Sentyabrın 17-də “Jazz & Art” festivalı istiqaməti çərçivəsində dizayner Leyla Əhmədovanın moda nümayişi baş tutacaq. Caz mövzusunda qlobal moda sənayesində rezonans yaratmağı vəd edən tamamilə yeni bir kolleksiya təqdim ediləcək.

Bu il də Bakı Caz Festivalının ayrılmaz hissəsi olaraq ustad dərsləri keçiriləcək.

Əsas mövzular