https://sputnik.az/20210901/Venesiya-Film-Festival-balanr-427824079.html
Venesiya Film Festivalı başlanır
Venesiya Film Festivalı başlanır
Sputnik Azərbaycan
Tədbir bu il Penelopa Kruz, Rossi de Palma və Aytana Sançes-Xitonun baş rolları ifa etdikləri ispan rejissor Pedro Almodovarın "Paralel analar" filmi ilə... 01.09.2021, Sputnik Azərbaycan
2021-09-01T18:58+0400
2021-09-01T18:58+0400
2021-11-17T00:03+0400
xəbərlər
cəmiyyət
mədəniyyət
film
festival
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42231/42/422314218_0:321:3071:2048_1920x0_80_0_0_3044d96da5518e68543b59872c94ab82.jpg
BAKI, 1 sentyabr — Sputnik. Bu gün İtaliyanın Lido adasında ən qədim beynəlxalq kino nümayişləri, 78-ci Venesiya Film Festivalı başlayır. Sputnik Azərbaycan xəbər verir ki, tədbir bu il Penelopa Kruz, Rossi de Palma və Aytana Sançes-Xitonun baş rolları ifa etdikləri ispan rejissor Pedro Almodovarın "Paralel analar" filmi ilə açılacaq.Əsas yarışmada 21 film iştirak edəcək. "Qızıl aslan" uğrunda Ana Lili Amirpur ("Mona Lisa və qanlı Ay"), Ceyn Kempion (Baş rollarda Benedikt Kamberbetç və Kirsten Danst oynadıqları "İtin gücü"), Qaston Düpra ("Rəsmi müsabiqə", baş rollarda Antonio Banderas və Penelopa Kruz), Meqqi Cillenxol ("Son qız", baş rolda Olivia Kolman), Pablo Larraina ("Spencer", Şahzadə Diananın rolunda Kristen Stüart) və digərləri mübarizə aparacaqlar.Məlumat üçün bildirək ki, Venesiya Kino Festivalı 1932-ci ildə ildə "Esposizione Internazionale d'Arte Cinematografica" adı ilə yaradılan, dünyanın ən qədim film festivalıdır. Bu festival hər ilə avqust ayının sonu və ya sentyabrın əvvəlində Venesiyanın Lido adasında keçirilir. Həmin festivalın iki mükafatı - Qızıl Şir - ən yaxşı filmlərə verilən mükafatı, Volpi kuboku - ən yaxşı aktyor və aktrisalara verilən mükafatdır.Xatırladaq ki, ötən il festivalın əsas müsabiqə proqramında "Qızıl Şir" mükafatı uğrunda yarışacaq filmlər arasında azərbaycanlı rejissor Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" bədii filmi də yer almışdı. Həmin film kino tariximizdə ilk dəfə olaraq Venesiya festivalının əsas müsabiqə proqramında ölkəmizi təmsil etmişdi.Nizaminin poeması əsasında bədii teleserial çəkilib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42231/42/422314218_174:0:2905:2048_1920x0_80_0_0_fef0ec9c7ed43d45012f2be929452355.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, film, festival, azərbaycan
xəbərlər, film, festival, azərbaycan
Venesiya Film Festivalı başlanır
18:58 01.09.2021 (Yenilənib: 00:03 17.11.2021) Tədbir bu il Penelopa Kruz, Rossi de Palma və Aytana Sançes-Xitonun baş rolları ifa etdikləri ispan rejissor Pedro Almodovarın "Paralel analar" filmi ilə açılacaq.
BAKI, 1 sentyabr — Sputnik. Bu gün İtaliyanın
Lido adasında ən qədim beynəlxalq kino nümayişləri, 78-ci Venesiya Film Festivalı başlayır.
Sputnik Azərbaycan xəbər verir ki, tədbir bu il Penelopa Kruz, Rossi de Palma və Aytana Sançes-Xitonun baş rolları ifa etdikləri ispan rejissor Pedro Almodovarın
"Paralel analar" filmi ilə açılacaq.
Əsas yarışmada 21 film iştirak edəcək. "Qızıl aslan" uğrunda Ana Lili Amirpur ("Mona Lisa və qanlı Ay"), Ceyn Kempion (Baş rollarda Benedikt Kamberbetç və Kirsten Danst oynadıqları "İtin gücü"), Qaston Düpra ("Rəsmi müsabiqə", baş rollarda Antonio Banderas və Penelopa Kruz), Meqqi Cillenxol ("Son qız", baş rolda Olivia Kolman), Pablo Larraina ("Spencer", Şahzadə Diananın rolunda Kristen Stüart) və digərləri mübarizə aparacaqlar.
Məlumat üçün bildirək ki, Venesiya Kino Festivalı 1932-ci ildə ildə "Esposizione Internazionale d'Arte Cinematografica" adı ilə yaradılan, dünyanın ən qədim film festivalıdır. Bu festival hər ilə avqust ayının sonu və ya sentyabrın əvvəlində Venesiyanın Lido adasında keçirilir. Həmin festivalın iki mükafatı - Qızıl Şir - ən yaxşı filmlərə verilən mükafatı, Volpi kuboku - ən yaxşı aktyor və aktrisalara verilən mükafatdır.
Xatırladaq ki, ötən il festivalın əsas müsabiqə proqramında "Qızıl Şir" mükafatı uğrunda yarışacaq filmlər arasında azərbaycanlı rejissor Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" bədii filmi də yer almışdı. Həmin film kino tariximizdə ilk dəfə olaraq Venesiya festivalının əsas müsabiqə proqramında ölkəmizi təmsil etmişdi.