02:41 01 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
MƏDƏNİYYƏT
Qısa URL
24 0 0

Müğənni birinci gün Nikolay Naskovun - "Sneq" və ikinci gecədə isə "King of leon" qrupunun "Sex on fire" mahnılarını ifa edəcək.

BAKI, 17 iyul — Sputnik. Belarusun Vitebsk şəhərində Avropa ölkələrinin və Böyük Şərqi Avropanın mühüm vokal yarışlarından biri olan "Slavyan bazarı" müsabiqəsi baş tutacaq.

Sputnik Azərbaycan xəbər verir ki, ölkəmizi bu müsabiqədə Tofiq Hacıyev təmsil edəcək. T.Hacıyevin verdiyi məlumata görə, müsabiqəyə hazırlıq və məşq prosesi Minsk şəhərində həyata keçirilib: "Orkestrla məşqlərimiz Minsk şəhərində, yarış isə Viteks şəhərində keçiriləcək. İki final gecəsi olacaq. Birinci gecə iyul ayının 17-də olacaq. İlk gecədə dünya hiti olacaq. Dünya hitlərinə müraciət edəcəyik. İkinci gecədə isə slavyan bəstəkarlarının mahnıları və onu Belarus dövlətinin prezident orkestrı ilə birgə ifa edəcəyik".

Müğənninin sözlərinə görə, pandemiyaya görə bəzi ölkələrin müsabiqədə iştirakı alınmayıb: "Məsələn, İsrayılın səfəri son anda təxirə düşdü. Gürcüstan da həmçinin pandemiya səbəbi ilə iştirak edə bilmədi. Kuba, Ekvador, Slaveniya, Ukrayna, Rusiya və s. ölkələr iştirak edir".

Müğənni birinci gün Nikolay Naskovun - "Sneq" və ikinci gecədə isə "King of leon" qrupunun "Sex on fire" mahnılarını ifa edəcək. Bizim ölkənin nümayəndə heyətinin rəhbəri müğənni, produsser Emin Həsəndi.

Qeyd edək ki, sözügedən müsabiqədə Rusiyanı Azərbaycan əsilli Emil Kadirov təmsil edəcək.

Bildirək ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri yarışmanın keçmiş laureatı, müğənni, prodüser Emin Həsəndir. Yarışın açılışında Tamara Qverdtsiteli, Nikolay Baskov, Emin Ağalarov, Dimaş Kudaybergen və başqa ulduzlar çıxış edəcəklər. Müsabiqə Belarusun "Беларусь tv ", " Беларусь 24 " və Rusiyanın "Россия 1" telekanallarında canlı yayımlanacaq.

Məlumat üçün bildirək ki, bundan öncə də ölkəmizi beynəlxalq festivallarda uğurla təmsil edən Tofiq Hacıyev həm də "Eurovision 2019" qapalı seçimlərində 4 finalçıdan biri olub. "İnterpapa" kinokomediyasından "Söhbət" kimi tanınan, hal-hazırda bəstəkar və müğənni kimi fəaliyyət göstərən gənc istedad "2015-ci ildə "Addım" Gənclər təşkilatı tərəfindən Bolqarıstanda Azərbaycanı təmsil edib. Müğənni "Ən yaxşı kişi səsi" və "Avropanın ən xarizmatik kişisi" seçilib.

Əsas mövzular