Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalq artisti Flora Kərimova nəvəsini itirib

© Sputnik / Murad OrujovFlora Kərimova
Flora Kərimova - Sputnik Azərbaycan, 1920, 09.07.2021
Abunə olmaq
Xalq artisti Flora Kərimovanın Londonda yaşayan qızı Zümrüdün övladı doğulmamış dünyasını dəyişib. Müğənni qızının bundan əziyyət çəkdiyini deyib.

BAKI, 9 iyul — Sputnik. Xalq artisti Flora Kərimova nəvəsini itirib.

Sputnik Azərbaycan xəbər verir ki, müğənninin qızı Zümrüdün övladı doğulmamış dünyasını dəyişib. Kərimova bu haqda "Xəbər-ətər" verilişində deyib:

"Balamı, Floranı itirdim. Ondan sonra başa düşdüm ki, xoşbəxtlik sakitlik sevir. Bəzi insanlar var ki, ürək açıb demək onlara ağırdır. Kaş onu açıb deməzdim. İndi qızım əziyyət çəkir. Qızımın gözəl ailəsi var. Qayınanası onu mənim kimi sevgi əhatəsinə alıb. Amma qanadım sındı. Qızım mənimlə çox pozitiv danışır. Qayınanası isə deyir ki, gizli-gizli ağlayır. Balamın balası yoxdur, özü də əziyyət çəkir.

Bunu açıqladım, çünki əvvəldən demişdim. Hamı da soruşurdu ki, Flora doğuldu, nəvəniz oldu? Bunu yaşamamaq üçün açıqladım. Nə olursa-olsun nəvəmin olacağına inanıram. Balaca Floranın ətəyimdən tutub gəzməsini hiss edirəm. Heç bir ana balasından dərd çəkməsin".

F.Kərimovanın qızı Zümrüd Londonda ailə qurub və orada yaşayır. Flora Kərimova Milli Azadlıq Hərəkatı fəalı olub. BMT yanında Ümumdünya Sülh Federasiyasının Sülh səfiri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyinin (DAMMİB) vitse prezidenti, DAMMİB Qadınlar Şurasının sədri, İctimai Nəzarət Koalisiyasının fəxri üzvu, Şəhid Anaları Komitəsinin vitse-prezidenti, Xocalı şəhərinin Fəxri Vətəndaşı, Türk Dünyası Yazarlar və Sənətçiləri cəmiyyətinin üzvüdür.

Yaradıcılığında klassik opera (nümunə üçün "Qaynana" filmində Sevil (opera)-sindan Dilbərin Ariyası), milli opera (1965-ci ildə Leyli və Məcnun" (opera) operasında Leyli), xalq mahnıları, romanslar, bəstəkar mahnıları və estrada janrlarına yüzlərlə nümunələrin yer aldığı sənətkardır.

"Qanun naminə" filmində rol alan müğənni "Böyük dayaq", "Alma almaya bənzər", "Qaynana", "Tıq-tıq xanım", "Şir evdən getdi", "Manı dağlarda qaldı", "Abşeron ritmləri" və s. kimi filmlərdə mahnı ifa edib.

Xəbər lenti
0