18:13 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0067
  • RUB0.0231
MƏDƏNİYYƏT
Qısa URL
32 0 0

Dəniz mövsümünü Azərbaycanın paytaxtında açan Sobçak bildirib ki, burada böyük çimərliklər və xoşagələn külək var.

BAKI, 5 iyul — Sputnik. Rusiya şou-biznesinin tanınmış simalarından olan Kseniya Sobçak Bakıya gəlib.

Bu barədə o, özünün "Instagram" səhifəsində paylaşım edib. Rusiyalı məşhur dəniz mövsümünü məhz şəhərimizdə açdığını qeyd edib. O bildirib ki, burada böyük çimərliklər və xoşagələn külək var. Odur ki heç zaman isti olmur.

Məlumat üçün bildirək ki, teleaparıcı və aktrisa Kseniya Sobçak Sankt-Peterburq meri Anatoli Sobçakın və Federasiya Şurasının keçmiş üzvü Lüdmila Narusovanın qızıdır. "Forbes" jurnalının araşdırmasına görə, onun təkcə 2008-2009-cu illər ərzində gəliri 1,2 milyon dollar olub. Gənc xanımın şəxsi həyatı da hər zaman qalmaqallı olub.

Rusiyanın "Peris Hilton"u (Paris Hilton) adlandırılan Sobçak son olaraq SNS jurnalının redaktoru olaraq işləyib. 2004-2012-ci illərdə "Ev 2" telelayihəsinin aparıcısı olub.

Ali məktəbi bitirəndən sonra Kseniyaya diplomatlıq təklif edilsə də, o, bundan imtina edib. Deyib ki, hansısa ölkədə diplomat, ya da Xarici İşlər Nazirliyində məmur olmaq onun üçün maraqlı deyil. Bundan başqa, o, bir neçə filmdə çəkilib, kitab çıxarıb. 2006-cı ilin mayında isə "Hamı azadlıqdadır" adlı gənclər təşkilatı yaradıb.

Kseniyanın insani keyfiyyətləri ilə bağlı birmənalı fikir yoxdur. Bir çoxları onun haqqında eqoist, başqaları isə zəhmətkeş deyir. Özü isə deyir ki, sutkada 16 saat işləyir. "İzvestiya" qəzetinə müsahibəsində deyib ki, ona da Hitler qədər nifrət edirlər: "Əgər insan ambisiyalı, ağıllı və uğurludursa, kiminsə ondan nifrət etməsi qaçılmazdır".

Teqlər:
Kseniya Sobçak

Əsas mövzular