12:38 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
MƏDƏNİYYƏT
Qısa URL
25 0 0

Teatr ictimaiyyəti koronavirus pandemiyasına görə qapadılamış sənət ocaqlarının tezliklə açılmasına olan ümidlərini itirmir.

BAKI, 3 iyul — Sputnik. Mədəniyyət naziri Anar Kərimov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti ilə görüşüb.

Sputnik Azərbaycan xəbər verir ki, teatrın bədii rəhbəri-direktoru, Xalq artisti, professor Azər Paşa Nemətov nazirə mədəniyyət ocağının uğurları, repertuarda olan tamaşaları, texniki imkanları haqqında məlumat verib. Ölkədə mədəniyyət sahəsinin inkişafı ilə bağlı Prezident İlham Əliyev tərəfindən nazirlik qarşısında mühüm vəzifələrin qoyulduğunu qeyd edən Anar Kərimov dövlətin bu sahəyə diqqət və qayğısından söz açıb. O bildirib ki, Mədəniyyət Nazirliyi teatr sahəsində islahatları özünün ən vacib, prioritet istiqamətlərindən biri hesab edir.

Nazir əlavə edib ki, bir əsrdən çox tarixi olan Akademik Milli Dram Teatrında böyük sənətkarlar çalışıb, teatrda Azərbaycan və dünya dramaturgiyasının bir çox nümunələri tamaşaya qoyulub, bu səhnədə təqdim olunan tamaşalar eyni zamanda bizə tariximizi, ədəbi irsimizi tanıdıb, mənəvi dəyərlərimizi, milli kimliyimizi təlqin edib.

Pandemiyanın, mədəniyyətin digər sahələri kimi, teatr sahəsinə zərbə vurduğunu, yaradıcı fəaliyyəti məhdudlaşdırdığını deyən Anar Kərimov tezliklə teatr müəssisələrinin fəaliyyətə başlayacağına və öz tamaşaçılarını yeni səhnə əsərləri ilə sevindirəcəyinə ümid etdiyini bildirib.

Xalq artistləri Nurəddin Mehdixanlı və Rafiq Əzimov çıxış edərək teatrın müasir cəmiyyətin həyatında oynadığı mühüm roldan danışıb, mədəniyyət nazirinə kollektivlə görüşdüyü üçün təşəkkürlərini bildiriblər.

Pandemiya dövründə teatr

Azərbaycanda teatrlar koronavirus panemiyası səbəbindən 2020-ci il martında Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarla tamaşaçılaırn üzünə bağlanıb.

Həmçinin oxuyun:

Məscidlər, idman zalları, "Mall"lar açılıb, bəs teatrlar?

Teatrlar açılmalı, açıq havada toylara icazə verilməlidir - Millət vəkilləri dilə gəldilər

Əsas mövzular