10:45 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
MƏDƏNİYYƏT
Qısa URL
24 0 0

Ziyarətçilər yalnız iyul ayı ərzində həftənin IV günləri saat 18.30-da muzeyin yenilikləri ilə tanış ola bilərlər. Muzeyə giriş və bələdçi xidməti ödənişsizdir.

BAKI, 30 iyun — Sputnik. Milli Xalça Muzeyi ziyarətçiləri üçün xüsusi aksiya keçirir.

Sputnik Azərbaycan xəbər verir ki, ziyarətçilər yalnız iyul ayı ərzində həftənin IV günləri saat 18.30-da muzeyin yenilikləri ilə tanış ola bilərlər. Muzeyə giriş və bələdçi xidməti ödənişsizdir. Bələdçilər ziyarətçilərə yeni eksponatlar haqqında maraqlı məlumatlar verəcəklər.

Aksiyaya qoşulmaq üçün:

- muzeyin sosial şəbəkələrdəki səhifələrini "like" etmək

- elanı öz səhifənizdə paylaşmaq;

- Linkə daxil olmaqla qeydiyyatdan keçmək lazımdır

https://forms.gle/NBWXfY3RFqpSaEtt

Karantin qaydalarına əsasən, ekskursiya yalnız 10 nəfərlik qruplarla təşkil olunacaq.

Məlumat üçün bildirək ki, Azərbaycan Milli Xalça Muzeyi Azərbaycan SSR-nin Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixli 130 nömrəli sərəncamı ilə yaradılıb. 1967-1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993–2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014–2019-cu illərdə Azərbaycan Xalça Muzeyi, 2019-cu ildən bu günədək Azərbaycan Milli Xalça Muzeyi adlanır. Yarandığı dövrdə dünyanın yeganə ixtisaslaşdırılmış xalça muzeyi idi. Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri kimi qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsi muzeyin yaradılmasının başlıca məramı olub.

Muzey özündə 7 kolleksiyanı birləşdirir: "Xovlu xalçalar", "Xovsuz xalçalar", "Xalça məmulatları", "Bədii metal", "Keramika, şüşə, ağac, kağız", "Parça, geyim, tikmə" və "Zəngərlik məmulaları".

Əsas mövzular