CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncə qapısının saxlanıldığı gürcü monastrında problemlər yaranıb, işə YUNESKO cəlb edilib

© Photo : TRENDGəncə şəhəri
Gəncə şəhəri - Sputnik Azərbaycan, 1920, 12.06.2021
Abunə olmaq
Qeyd edək ki, YUNESKO XII əsrdə inşa olunan Gelati monastırını 1994-cü ildə Ümumdünya İrs Siyahısına salıb.

BAKI, 12 iyun — Sputnik. YUNESKO-nun ekspertləri Gürcüstanın Kutaisi şəhərinin yaxınlığında yerləşən Gelati monastır kompleksində araşdırma aparacaqlar. Sputnik Azərbaycan xəbər verir ki, Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani kompleksə baş çəkib və ekspertlərin ziyarətinə hazırlıqlarla tanış olub.

Xarici mütəxəssislər məbəddə aparılan bərpa işlərində yol verilən çatışmazlıqlar nəticəsində yaranmış vəziyyəti araşdıracaq və müvafq tövsiyələr verəcəklər.

Problemlərin aradan qaldırılması üzrə plan gürcü ekspertlərin iştirakı ilə hazırlanacaq.

Qeyd edək ki, YUNESKO XII əsrdə inşa olunan Gelati monastırını 1994-cü ildə Ümumdünya İrs Siyahısına salıb. Abidənin bərpası bir neçə il davam edib. Lakin işlərin başa çatdırılmasından sonra dam örtüyü su buraxmağa başlayıb və nəticədə qədim freskalara ciddi ziyan dəyib. Qapının bəzi hissələri çürüyüb, onun restavrasiyaya ehtiyacı var.

Məlumat üçün bildirək ki, Gəncə qapıları 1063-cü ildə Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə Gəncəyə dəmirçi İbrahim Osmanoğlu tərəfindən hazırlanıb. Qalanın ətrafı su ilə doldurulmuş dərin xəndəklərlə əhatə olunub. Gəncə "İçəri şəhər", "Narınqala", "Bayır şəhər", "Şəhristan" və sənətkarlar məhəlləsi – "Rabad"-dan ibarət idi. Belə bölgü Şərqdə orta əsr şəhərləri üçün səciyyəvi hal idi. Gəncə qalası, yaxud iç qala üçün düzəldilmiş dəmir darvazanın üzəri döymə üsulu ilə naxış və ornamentlərlə bəzədilmişdir. Kufi xətti ilə işlənilmiş kitabədə darvazanın Şavurun əmri ilə hazırlanması, ustanın adı, düzəldilmə tarixi qeyd olunub. 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədi ilə hücum etmiş gürcü çarı I Demetre tərəfindən Gürcüstana Gelati monastırına aparılıb. Qala qapılarının bir tayı hazırda Gürcüstanın Kutaisi rayonunun Gelati monastırında IV Davidin qəbri qarşısındakı divara bərkidilib orada saxlanılır.

Xəbər lenti
0